"Оториноларингология-хирургия головы и шеи" Азербайджанская Центральная Дорожная больница, Баку - [Наш адрес: AZ1117, Баку, 5025 квартал; телефон: (+994 12) 406 95 83]
ГлавнаяО клиникеМетоды леченияКоллегиФотогалереяВидеоНовостиКонтакты
Цитата

Stapedoplastika – fəsadların təsnifatı

 
Stapedoplastika – fəsadların təsnifatı

Stapedoplastika'nın nəticəsinə təsir edə bilən amillər sırasına, həm cərrahın bilavasitə təsir edə biləcək faktorları – onun şəxsi təcrübəsindən və biliyindən asılı olaraq əməliyyatın ayrı-ayrı mərhələlərindəki texniki məqamların icrasını, həm də əməliyyatdan sonrakı dövrün gedişinə təsir edə bilən vasitəli faktorları (yataq rejiminin pozulması, yuxarı tənəffüs yollarının və qulağın kəskin respirator virus xəstəlikləri, orqanizmin immunoloji reaktivliyinin azalması) aid etmək olar.

Alınmış məlumatlara əsasən, uğurlu əməliyyatların xüsusi çəkisi 87-96% təşkil etdiyi halda, uğursuzluqla və fəsadla nəticələnən əməliyyatlar ümumilikdə 5-20% təşkil etmiş olur. Əməliyyatın uğurlu olmasının obyektiv göstəricilərindən biri kimi “sümük-hava keçiricisi” intervalının <10 dB səviyyədə olması məqbul hesab edilir.

Tələb olunan şərtlərdən biri də, əməliyyatın sterilizasiya qaydalarına tam riayət edilməsidir. Hətta istər xəstədə, istərsə də cərrahda, yuxarı tənəffüs yollarının iltihabı olduğu təqdirdə (adi zökəm belə olduqda), əməliyyat təxirə salınmalıdır.

Əməliyyatdan sonrakı dövrdə, xəstələrdə, adətən şikayətin kasad olduğunu nəzərə alaraq (bəzən 1-3 gün ərzində müvazinətin pozulması müşahidə edilə bilər) bu dövrdə, diqqət cəlb edə bilən simptomların aşkar edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə əməliyyatdan sonrakı yaxın günlər ərzində, gündə iki dəfə olmaqla (səhər və axşam), qulağın eşitmə funksiyasının, C512 və C1024 nişanlı kamertonlar vasitəsi ilə müayinə edilməsi və “Veber sınağının” aparılması zəruridir. Sonuncu, pozitiv olaraq, adətən, müdaxilə olmuş qulaqda, səsin lokalizə edilməsi halı kimi formalaşır. Belə ki, “Veber sınağı”, əməliyyat edilmiş qulaqda formalaşmadıqda (neqativ olduqda), və ya sınaq, əks qulaqda (əməliyyata məruz qalmayan qulaqda) pozitiv olduqda, bununla belə xəstədə başgicəllənmə və qulaqda küyün yaranması aşkar edildikdə (əməliyyatdan sonrakı karlıq 0,3% təşkil edir), artıq fəsadın olması nəzərə alınmalıdır. Bu halda, təbil boşluğunu təftiş etmək məqsədi ilə mütləq əməliyyat – timpanotomiya icra edilməlidir.

Aşağıda, stapedoplastika ilə bağlı olan fəsadların səciyyəvi xüsusiyyətləri göstərilmişdir:

  • oval pəncərə oyuğunun qranuleması;
  • ölçüsü uyğun olmayan üzəngi protezinin tətbiqi;
  • oval pəncərə oyuğunun fistulası;
  • protezin, oval pəncərə oyuğunda dislokasiyası (duruş vəziyyətinin dəyişilməsi);
  • protezin, zindanın uzunsov ayaqcığında mükəmməl bərkidilməməyi;
  • zindanın uzunsov ayaqcığının məhdud hissəsinin ostiti;
  • oval pəncərə oyuğunun osteoneoqenezi (yeni sümük toxumasının formalaşması);
  • çəkic başlığının təsbit edilməsi.

Oval pəncərə oyuğunun qranuleması

Qulaqda küy, başgicəllənmə, müvazinətin pozulması və eşitmənin pisləşməsi kimi əməliyyatdan sonrakı ilk simptomlar 3-6 günlər arasında müşahidə edilə bilər. Xəstədə “Veber sınağı” neqativ və ya əməliyyat edilməmiş qulaqda pozitiv olur. Təbil boşluğunun təxirəsalınmaz təftişi zamanı cərrah, əsla yeni mənzərə ilə qarşılaşmış olur: “mezotimpanum”da yaranmış qranulema toxuması üzəngini və zindanın bir qismini tamamilə əhatə etmiş olur. Cərrahın vəzifəsi bu halda üzənginin ayaqcıqaltı lövhəsində formalaşmış dəliyi əldə edənə kimi bu toxumanı ehtiyatla ayırıb kənar etməkdən ibarət olmalıdır. Üzəngi protezinin duruş vəziyyəti adekvat olduğu təqdirdə, yara kənarından bir daha birləşdirici toxuma hissəcikləri götürülür və protezin porşeni ətrafında səliqə ilə yerləşdirilir. Əməliyyatdan sonrakı 3 gün ərzində sistematik olaraq xəstəyə yüksək dozada prednizolon (250 mq) və antibiotiklər yeridilməlidir.

Əməliyyatdan sonrakı dövrdə, təbil boşluğunda yarana bilən qranulemaların bəzi xüsusiyyətlərini nəzər alaraq, o cümlədən, buna, yarada qalmış iplik parça liflərinin də səbəb olmasını bilərək (şək. 1), əməliyyat zamanı pambıq və ya iplik parça ləvazimatlarının istifadəsi mikroskopla işləyərkən daim nəzarətdə olmalıdır.


Stapedoplastika – fəsadların təsnifatı

Səkil 1. İplik parça lifləri ətrafında formalaşmış qranulema toxumasının histopatoloji görünüşü: əməliyyatdan sonrakı təbil boşluğunun qranulemasının iplik parça lifləri səbəbi üzündən yaranması müəyyən edilmişdir.

Ölçüsü uyğun olmayan üzəngi protezinin tətbiqi


Ölçüsü uyğun olmayan üzəngi protezinin tətbiqi

Şəkil 2. Ölçüsü uyğun olmayan üzəngi protezlərinin oval pəncərə oyuğunda, dərin daldırılması.

Şəxsi və ümumdünya təcrübələrə istinad edərək, 98%-dən çox hallarda, optimal olaraq, uzunluğu 4,5 mm olan üzəngi protezləri istifadə edilir. Yalnız müstəsna hallarda uzunluğu 4,75 mm – hətta 5 mm ölçüdə olan üzəngi protezləri tələb edilə bilər. Protez oval pəncərə oyuğundan keçərək, daxili qulaq mayesində çox dərin daldırılmış olarsa (şək. 2), xəstə əsasən müvazinətin uzun müddət ərzində pozulmasından və başgicəllənmədən şikayət etmiş olur. Protez xeyli qıssa olduğu halda isə o, səs dalğalarını daxili qulaq mayesinə yeritmək iqtidarında olmayır. Bu məqsədlə xüsusi ölçü cihazları mövcuddur ki, onların köməyi ilə zindanın uzunsov çıxıntısı ilə oval pəncərə oyuğu arasındakı məsafə müəyyən edilir, bu isə öz növbəsində adekvat protezlənməni təmin edir.      

Oval pəncərə oyuğunun fistulası

Əməliyyatın son mərhələsində, bir qayda olaraq, protezin porşeni ilə oval pəncərə oyuğu arasında yaranmış boşluq, qulaq keçəcəyinin yara sahəsindən götürülmüş birləşdirici toxuma və ya piy toxuması hissəcikləri ilə qapanmış olur. Hissəciklərin oval pəncərə oyuğu ilə protezin porşeni ətrafında qeyri sabit yerləşdirilməsi, fistulanın yaranması ilə nəticələnə bilər (şək. 3). Bu isə öz növbəsində başgicəllənmənin yaranmasına, müvazinətin pozulmasına və eşitmənin pisləşməsinə səbəb olur. Əməliyyatdan sonrakı dövrdə, xəstədə qeyd edilən halların baş verdikdə, təbil boşluğu bir daha açılmalı və fistulanın yaranmasına səbəb olan qüsur – boşluq, toxuma hissəcikləri vasitəsi ilə mükəmməl olaraq qapanmalıdır.  


Stapedoplastika – fəsadların təsnifatı

Şəkil 3. Protezin porşeni ilə oval pəncərə oyuğu arasında yaranmış boşluq.

Protezin, oval pəncərə oyuğunda dislokasiyası (duruş vəziyyətinin dəyişilməsi)

Xəstədə, bərpa edilmiş eşitmənin, əməliyyatdan sonrakı 1-2 il müddətində, tədriclə azalması müşahidə edilmiş olarsa, onun səbəbini protezin, oval pəncərə oyuğunda öz yerini dəyişməsi kimi dəyərləndirmək olar. Belə ki, regenerativ proses nəticəsində, yaranmaqda olan çapıq toxuması, tədriclə protezin duruş vəziyyətini dəyişərək, onu, daxili qulaq ilə mövcud əlaqəsini kəsməyə vadar edir (şək. 4). Bu halda da, protezi adekvat duruş vəziyyətə qaytarmaq məqsədi ilə təkrar əməliyyat icra edilməlidir.

Stapedoplastika – fəsadların təsnifatı

 

Şəkil 4. Protezin oval pəncərə oyuğunda duruş vəziyyətinin dəyişməsi.

Protezin, zindanın uzunsov ayaqcığında mükəmməl bərkidilməməyi


Protezin, zindanın uzunsov ayaqcığında mükəmməl bərkidilməməyi

Şəkil 5. Protez-zindan birləşməsindəki sabitliyin pozulması

Protez, oval pəncərə oyuğuna yeridildikdən sonra, onun, zindanın uzunsov çıxıntısına keçirilmiş qarmağabənzər başlığı, protezə düzgün duruş vəziyyəti verildikdən sonra “Mc Gee” sıxıcısı vasitəsi ilə mükəmməl olaraq bərkidilir. Bu mərhələdə əməliyyatın icrası zindanın uzunsov çıxıntısının anatomik olaraq müxtəlif formalarda (oval, düz – və itibucaqlı) olmasından asılı olaraq bir çox hallarda çətinliklə icra edilir. Belə ki, protezi sabit vəziyyətdə saxlamaq üçün, bəzən, onun başlığı ilə sümük toxuması arasına birləşdirici toxuma hissəciyi yeridilməsi lazım gəlir. İllər ötdükcə, protezin düzgün duruş vəziyyəti, protez-zindan birləşməsindəki sabitliyin pozulmasına səbəb ola bilər ki (şək. 5), bu zaman, qulaqda “gərginləşmə fenomeni” kimi tanınan halın yaranması baş verir. Belə ki, "Valsalva sınağı"nı icra etməklə xəstə, hava kütləsini orta qulağa nüfuz edir və bu zaman eşitmənin yaxşılaşmasını qeyd edir. Tezliklə hava, eşitmə borusu vasitəsi ilə xaric edilir və eşitmə yenidən pisləşmiş olur. Bu halda da təkrar əməliyyat – təbil boşluğunun açılması və protezin zindanın uzunsov ayaqcığına mükəmməl olaraq bərkidilməsi icra edilməlidir.

Zindanın uzunsov çıxıntısının məhdud hissəsinin ostiti


Zindanın uzunsov çıxıntısının məhdud hissəsinin ostiti

Şəkil 6. Zindanın uzunsov çıxıntısının məhdud hissəsinin ostiti (histopatoloji görünüş): sümük toxuması yerlərdə çoxsaylı proleferativ və destruktiv ocaqlar halında xroniki iltihaba məruz qalmışdır.

Əməliyyatdan bir neçə il keçdikdən sonra, xəstədə, təkrar olaraq qəfləti başgicəllənmə və eşitmənin itirilməsi baş verərsə olarsa, buna səbəb, protezin, metal halqasının, bilavasitə zindanın uzunsov çıxıntısına bərkidilmiş hissəsində yaranmış ostit əlaməti səbəb ola bilər (şək. 6). Sonuncu, əksər hallarda teflon və ya platin protezləri tətbiq edilmiş xəstələrdə müşahidə edilir. Ostitin yaranmasında metalın, zindanın uzunsov çıxıntısında, qan dövranının pozulmasına səbəb olan və ya dəyişkən səs gücünün, protezin başlığına, eyni zamanda, həm də sümük toxumasına göstərdiyi təsir mexanizmlərin uyuşmazlığı, indiyə qədər dəqiq müəyyən edilməmişdir. Bu halda belə, təxirəsalınmaz operasiya – protezi, zindanın mövcud qısalmış uzunsov çıxıntısı üzərində bərkidilməsi icra edilməlidir. Çox hallarda buna nail olmaq mümkündür, əks halda isə “maleostapedopeksiya” icra edilməlidir – köhnə protez, yenisi ilə, bir qədər uzun protezlə (5 mm) əvəz edilir. Bu halda protezin başlığı, bilavasitə çəkicin dəstəsinə bərkidilir. Əməliyyat zamanı nəzərə alınmalıdır ki, üzənginin ayaqcıqaltı lövhəsi üzərindəki dəlik sahəsini əhatə etmiş çapıq toxuması, zaman keçdikcə daxili qulağa sirayət etmiş olur, və bu səbəbdən, toxumanın zədələnməsinin qarşısını almaq məqsədi ilə köhnə protezin çıxarılması ehtiyatla aparılmalıdır.

Oval pəncərə oyuğunun osteoneoqenezi (yeni sümük toxumasının formalaşması)

Bu növ fəsadlaşma, nadir bir hal kimi, yalnız əməliyyatdan bir neçə il keçdikdən sonra yarana bilər. Təkrar əməliyyatda məqsəd, yenidən protezlənməni icra etməkdən ibarətdir. Belə ki, protezin yerləşdirilməsinə nail olmaq üçün, üzənginin ayaqcıqaltı lövhəsi üzərindəki dəlik nahiyəsində formalaşmış yeni sümük toxumaları hissəli olaraq çıxartdıqdan sonra, və ya bu baş tutmadıqda “promontorium”dan bir qisim sümük toxumasını çıxararaq yenidən protezlənmə icra edilməlidir.

Çəkic başlığının təsbit edilməsi

Hissəli stapedektomiyadan sonrakı dövrdə, eşitmədə yaxşılaşma baş vermirsə, çəkic başlığının “epitimpanumda” təsbit edilməsi şübhə doğurtmalıdır. Əməliyyatdan öncə “Ziqle qıfı” vasitəsi ilə xəstənin təbil zarına müəyyən dərəcədə təzyiq edərək çəkicin hərəkətinə nəzarət edilməlidir. Belə ki, sınaq zamanı, çəkic hərəkətsiz qalmış olduğu təqdirdə, onun başlığının artıq təsbit edilməsi müəyyən edilir və bu halda, eşitməni yaxşılaşdırmaq məqsədi ilə başqa növlü mikrocərrahiyyə əməliyyatın icrası tələb olunur. Əməliyyatdan öncə edilmiş audioqrammada, 3000 Hr – dən başlayaraq bütün sonrakı tezliklərdə, “presbiakuzis” tipli ağıreşitməyə uy]un olaraq, xəstənin sümük və hava keçiricilərinin mö’tədil surətdə enməsi nəzərə çarpır ki, bu da çəkic başlığının təsbit edilməsinə dəlalət edir.

 Xülasə

Stapedoplastika (stapektomiya və ya stapedotomiya) “asan” əməliyyatlar sırasına aid olmağına baxmayaraq, bununla belə, icrası böyük ehtiyat tələb edən mikrocərrahiyyə əməliyyatıdır. Özü-özlüyündə bəllidir ki, xəstəyə, əməliyyatdan sonrakı dördə, bu və ya digər fəsadların, o cümlədən, burunun və udlağın kəskin iltihabı ilə əlaqədar olaraq, karlığın yaranma ehtimalı haqqında ətraflı məlumat verilməlidir. Xəstədə birtərəfli karlıq olduğu halda, yeganə eşidən qulaqda əməliyyatın icrası son dərəcədə ehtiyatla həyata keçirilməlidir, və ona tezliklə eşitməni yaxşılaşdırıcı cihazdan istifadə etməsini tövsiyə edilməlidir. Əməliyyatdan 30 dəqiqə öncə xəstəyə birdəfəlik olaraq antibiotik məhlulu yeridilməlidir. Yaranmış olan fəsadlar, əməliyyatdan sonrakı ilk dövrlərində baş verdikdə, aktiv surətdə antibiotiklərin infuziyası edilməlidir.

Stapedoplastika-əməliyyatdan sonrakı fasadlar

Stapedioplasty: postoperative complications. To the patient with otosclerosis earlier was it is made stapedioplasty with use Regensburg Typ titanium prosthesis. A year later after operation the patient has noticed gradual hearing losses on the operated ear. It has been made re-operation: the piston disposition prosthesis in a niche of an oval window at the expense of formation cicatricial tissues is found out. After surgical correction prosthesis there has come hearing improvement.


Количество просмотров: Счетчик посещений Counter.CO.KZ - бесплатный счетчик на любой вкус!


Вернуться в раздел Stapedoplastika – fəsadların təsnifatı

Соседние подразделы:
Otoskleroz - şəxsi tədqiqatların nəticəsi
Опухоли глоточного отростка околоушной слюнной железыОпухоли глоточного отростка околоушной слюнной железы (ОСЖ) встречаются относительно редко: составляют менее чем 20% всех опухолей ОСЖ и - 0,5% всех опухолей головы и шеи....
Открыть раздел Опухоли глоточного отростка околоушной слюнной железы
РинопластикаПланирование ринопластики основано на анализе внешности и психологического статуса пациента и предполагает следующие шаги: 1. Определение целей пациента:...
Открыть раздел Ринопластика
Хоанальный (конхохоанальный) полип Хоанальные полипы (ХП), несмотря на некоторые сходства с полипозными риносинуситами, относительно клинического проявления заболевания и морфологической структуры образования, они, в...
Открыть раздел Хоанальный (конхохоанальный) полип