"Оториноларингология-хирургия головы и шеи" Азербайджанская Центральная Дорожная больница, Баку - [Наш адрес: AZ1117, Баку, 5025 квартал; телефон: (+994 12) 406 95 83]
ГлавнаяО клиникеДиагностика и методы леченияКоллегиФотогалереяВидеоНовостиКонтакты
Цитата

Контакты


 

Hörmətli Rafiq Müəllim və əziz oxucular, yaşamaq sevincim özümə qaytarıldı və bu sevinci bir anlığa da olsa sizinlə bölüşdürmək istəyindəyəm - Xaliq.

Şəhərimizdə bir-birini dublyaj edən, saysız-hesabsız klinikaların fəaliyyət göstərməsi ilk baxışdan Ölkəmizin səhiyyə sistemində aparılan islahatların uğurla icra edilməsini göstərirsə, əslində bunu aysberqin zivəsi ilə müqayisə etmək düzgün olardı. Belə ki, onun dəfələrlə möhtəşəm, sualtı hissəsinin vəziyyəti görünməzdir və onu təftiş etmək istədikdə əksər hallarda məyuslanmalı olursan.

Bilirsinizmi, müasir texnologiyanın-endoskopların, lazerlərin, tamponsuz müalicə üsulların və s. müalicə tədbirləri ilə öyünən klinikalar, reallıqda boş bir şey imiş - reklam xarakteri daşıyaraq ilk növbədə kommersiya maraqlarını ödəmək naminə çalışırlar. Əslində hər şey həkimim ustalığından, onun peşəkarlığından və xəstəni sözün əsil mənasında müalicə etmək istəyindən asılıdır.

Xəstəliyimlə bağlı olaraq Taleh məni Dəmir yol xəstəxanasının həkimi, professor Rafiq Rzayev imkanlarına möhtac etdi. Rusiyada uzun müddət təhsil almış, xarici ölkə klinikalarında təcrübə keçmiş, LOR-Baş və Boyun cərrahiyyəsi üzrə Ölkəmizdə yeganə mütəxəssis kimi tanınan hörmətli Rafiq müəllim peşəkarlığa nail olmaqda saç ağartmışdır.

10-la, 100-lə insanları həyata qaytaran Rafiq müəllim mənim də həyatımı xilas etmiş oldu.

Adım Xaliqdir, burunudlağın angiofibroması adlanan şişi ilə bir dəfə əməliyyat olunmuşdum. İkinci dəfə, 2008-ci ildə Mərkəzi Klinik Xəstəxanada Suat həkim məni endoskopik yolla əməliyyat elədi. Amma təəssüf ki, şişin tam çıxarılmasına nail ola bilmədi.

7-8 il ərzində Azərbaycanda gəzmədiyim LOR həkim və onkoloq qalmamışdır, mənə hətta xəstəlikdən öləcəyimi də bildirmişlər.

Bir çox axtarılmalardan və məsləhətləşmələrdən sonra professor R. Rzayevə müraciət etməli olduq. Şişin yayılma dərəcəsini düzgün qiymətləndirərək, edilmiş endoskopik əməliyyatın uğursuzluqla nəticələnməsinin səbəblərini açıqladı və bu halda yalnız üz keçidi üsulu adlan əməliyyatın icrasını məsləhət gördü. Əməliyyatın ağır və həyat üçün təhlükəli olmasını bilərək həkimim ümidverici tövsiyələri məndə inam yaratmış oldu və onun icrasına ailəvi olaraq razılıq verildi.

2012-ci il Yanvarın 19-da əməliyyat olundum. Bu gün artıq əməliyyatdan 7 ay sonra təkrar müayinə keçdikdən sonra sevincimin həddi bir daha da artmış oldu. Nə şişdən, nə də üzümdə edilmiş əməliyyatdan əsər-əlamət qalmamışdır.

Professor Rafiq Rzayev haqqında çox danışmaq istərdim – onun əlləri qızıldır, əllərinə qurban olum. Heç kəs məndən inciməsin – kaş Rafiq doktorun biliyinin və istedadının 1/5-i bütün həkimlərimizdə olaydı! O, Ölkəmizin fəxridir, mən də xilaskarımla fəxr eləyirəm!!!

Рзаев Р.М. - Əziz Xaliq, ilk növbədə mən də sənin və ailə üzvlülərinin sevincini səmimi qəlbdən bölüşdürürəm və sənə həyatda can sağlığı arzulayıram. Mənim ünvanıma həsr etdiyin xoş sözlər üçün təşəkkürümü bildirirəm. Valideynlərinin üzündən öp – salamat qal. 
Вт, 28 авг. 2012, 19:03:58 +0000 dr_rzayev@hotmail.com ~ 188.253.233.160 Ответить | Емейл автору 



Количество просмотров: Счетчик посещений Counter.CO.KZ - бесплатный счетчик на любой вкус!

Комментарии

Qəşəm huseynov - Həkim salam xroniki irinli otidin mualicəsi varmı
Вт, 09 авг. 2022, 23:27:38 Ответить

Рзаев Р.М. - Salam. Her bir xesteliyin mualicesi xesteni muayine etdikden sonra muzakire edile biler.
Ср, 10 авг. 2022, 07:11:52 Ответить

Rza - Salam doxdur mən evelde qarmaritim olub yenədə baş ağrıları var siz müalicə edirsiz qəbulunuza gələrdim.
Вт, 13 апр. 2021, 06:08:06 Ответить

Рзаев Р.М. - Gele bilersiniz.
Вт, 13 апр. 2021, 07:30:12 Ответить

Leyla - Salam hekim menim anamda masdoitit aşkarlandi siz onu mualice edirsiz birde onun mualicesi varmi
Пт, 25 июня 2021, 15:26:20 Ответить

Рзаев Р.М. - Salam. Anlamadım sualı. Mən kimi mastoididtlə müalicə etmişəm? Əgər qulaqda ciddi xəstəlik olarsa: mastoidid, xolesteatoma, o zaman əməliyyat aparılır.
Пт, 25 июня 2021, 16:10:09 Ответить

Nəcib - Salam hekim menim 44 yaşım var ve hardasa20 ilden coxdu başımda ses küy var eşitmem orta agır bunu əmeliyatnan aradan qaldırmaq olar xahiş edirem cavab veresiniz
Ср, 01 июля 2020, 11:28:42 Ответить

Рзаев Р.М. - Salam. Müayinə keçdikdən sonra sualınızı cavab verə bilərəm.
Ср, 01 июля 2020, 22:26:44 Ответить

Gunay - Salam mende qarmarit var sizinle nece elaqe saxlamaq olar
Ср, 22 апр. 2020, 20:35:20 Ответить

Рзаев Р.М. - Spero Hospital. Tel. (+994 12) 430 43 03; (+994 12) 430 42 77
Ср, 22 апр. 2020, 22:52:56 Ответить

Yaqut - Salam Doktor. menim 31 yasim var. 8 ayliq hamileyem. Son 3-4 aydir ki kucede olanda kulek alnima vurduqca alnim agriyir. Son 3-4 hefte olar ki isti su alnima deydikde alnim agrimaga baslayib. evvel bu meni cox narahat elemirdi agri cox az idi. Indi ise narahatam alnim agriyir, burnumda qanli cirk olur. Men usaq dogulduqdan sonra da xeyli muddet sud vermeyi dusunurem. bu veziyyetde nece mualice ala bilerem? Bu hansi xestelikdi?
Чт, 12 марта 2020, 11:25:20 Ответить

Рзаев Р.М. - Salam. Şikayətlərinizi nəzərə alaraq ilk növbədə paranazal (burunətrafı) ciblərdə xroniki iltihabi prosesin olması şübhə doğurur. Paranazal sinusların KT müayinəsi tövsiyə edilir. Yalnız ondan sonra diaqnoz və müalicə haqqında məsləhət verilə bilər.
Чт, 12 марта 2020, 11:42:06 Ответить

Alıyeva Ləman - Rafik doktor Allah razi olsun Sizdən yaxşıki varsiniz Allah sizi Azərbaycanmizdan əskik etməsin
Сб, 11 янв. 2020, 00:40:45 Ответить

Рзаев Р.М. - Təşəkkür edirəm.
Сб, 11 янв. 2020, 00:58:20 Ответить

Gunay - Salam hekim siz qarmariti mualice edirsiz?
Пн, 28 окт. 2019, 14:47:31 Ответить

Рзаев Р.М. - mualice edirik
Чт, 21 нояб. 2019, 00:13:23 Ответить

Konul - Salam men nece doktorla elaqe saxlaya bilerem tecili xestemiz var
Вт, 15 окт. 2019, 18:33:54 Ответить

Рзаев Р.М. - Тел.: Əlaqə yaradıb (+994 12) 430 43 03 müayinəyə gələ bilərsiniz.
Вт, 15 окт. 2019, 21:10:07 Ответить

Mehman - Salam hekim men saq qulaqlml qezada itirmisem ne etmek mümkündür
Вс, 28 апр. 2019, 11:49:36 Ответить

Рзаев Р.М. - Salam. Qulaq seyvanının bir qismində defekt olduqda onun bərpası mümkündür. Təəssüf ki, seyvanın tam defekti zamanı əməliyyat yolu ilə istənilən nəticəni əldə etmək olmayır. Bu halda, münasib görünüş yaratmaq məqsədi ilə seyvanı protez ilə əvəz edirlər.
Вс, 28 апр. 2019, 19:12:50 Ответить

Cava sir - Salam siz saatli rayonunda isleyen həkimsiz
Сб, 21 июля 2018, 14:12:19 Ответить

Рзаев Р.М. - haqqımda hər şeyi saytda yerləşdirilmişdir.
Сб, 21 июля 2018, 16:12:29 Ответить

Cava sir - Salam doktor men sizin mualicenizi göturmusem coxsa efektli olub cox sagolun indi yoldasimi getirmek isteyirem sizle nece alqeqe yadada bilərik
Сб, 21 июля 2018, 13:39:23 Ответить

Рзаев Р.М. - "Dobromed" klinikası, saat 11.00-17.00 kimi
Сб, 21 июля 2018, 16:10:19 Ответить

Asif - Salam hekim neorosensal esidmenin mualicesi mumkundumu
Чт, 14 июня 2018, 16:06:26 Ответить

Рзаев Р.М. - Uşaqlarda koxlear implantasiya adlanan cərrahi üsulla eşitmənin bərpası mümkün olduğu halda,yaşlı pasientlərdə eşitmə, təəsüf ki,yalnız cihazlar vasitəsi ilə korreksiya oluna bilər.Bu halda müalicə tədbirləri profilaktik məqsədlə aparılır və eşitmənin bərpasını təmin etmir.
Чт, 21 июня 2018, 16:14:17 Ответить

nurlana - salam.menim bawagrilarim var guclu.15gundur bawimi qaldirammiram.hemiwe olurdu amma bu qeder yox.gicgahim agriyirbawimin heryeri.qulaqlarim.gozum bawimdan ses gelir.nese sizir.burnumun suyu kesmir.qiwdada yaydada.vunumun ustde wiw yaranib.bir tayi hemiwe tutulur.menim xesteliymin adi nedi?suz Genceye gelirsizmi?
Пн, 19 февр. 2018, 15:36:21 Ответить

Рзаев Р.М. - Salam. Bu qədər şikayəti olan xəstəyə, heç bir müayinə aparmadan, bir mənalı olaraq tərəfimdən diaqnoz qoymaq mümkün olan şey deyildir. İşlədiyim klinikaya müraciət etməyiniz məsləhətdir.
Пн, 19 февр. 2018, 16:59:28 Ответить

Aynure - Salam doktor qizimin 9 yasi var faringitdi mualice edirem sagalmir nece edim xr deyil hele unvanivizi isterdim bilem
Вт, 13 февр. 2018, 07:58:57 Ответить

Рзаев Р.М. - "DOBROMED BAKU HOSPITAL" Тел.: (+994 12) 430 43 03
Вт, 13 февр. 2018, 09:20:27 Ответить

Elvin - Salam hekim mene hekim haymorut diaqnozu qoydu ve anti biotik yazdi.onlari edenden sonrra bir az duzeldim indi yene burnum tutulur.neyniyim?
Пт, 09 февр. 2018, 14:17:15 Ответить

Рзаев Р.М. - Salam. Yaxşı olar ki, müalicə həkiminizə müraciət edəsiniz. Təəssüf ki, ayrı-ayrı həkimlərə müraciət etməklə bir-birindən fərqli məsləhətlər ala bilərsiz.
Пт, 09 февр. 2018, 16:06:07 Ответить

Naile - Salam hekim menim qulaqlarimda keskin qaşinma var hekime müraciet etdim deyir qulaqda heç bir problem yoxdur nedenini bilmek üçün ne etmeliyem
Пт, 02 февр. 2018, 11:35:11 Ответить

Рзаев Р.М. - Salam. Əgər hər hansı bir iltihabi prosesin olması həkim tərəfindən inkar edilirsə, qaşınmanın səbəbini allergiya və ya şəkərli diabet ilə ələqələndirmək olar.Səbəbi təsdiq etmık məqsədi ilə müayinədən keçmək məsləhətdir.
Пт, 02 февр. 2018, 13:58:20 Ответить

Nigar - Salam hekim.qrip oldum kecdi yeniden qayitdi ve hiss eledimki hemishe ki kimi adi qrip deyil bashim agriyirdi ve sag qashimin ustu lor hekimine getdim baxib qaymorit oldugumu dedi ve mene mualice yazdi dediki keskindi xronikiye kecmiyib cunki 1 ci defe idi bele idim.sonra tekrar muayineye getdim baxdi dediki hecne yoxdur temizdir.indi shukur yaxshiyam amma qorxuram ki birden yeniden qayidar ve ya her qrip olanda hemenki kimi olaram.bu haqda bilmek isteyirdim
Пн, 08 янв. 2018, 11:40:23 Ответить

Рзаев Р.М. - Müalicə həkimin məsləhətinə əməl etsəniz təkrar xəstələnmə ehtimalı olmaz İnşaallah.
Пн, 08 янв. 2018, 12:10:23 Ответить

Mehbus - Salam hekim atamin basinda qarmalit var ne mualiceler gotursekde xeyri olmur keskin bas agrilari var ona zehmet olmasa derman deyerdiz
Пт, 29 дек. 2017, 13:11:38 Ответить

Рзаев Р.М. - Salam. əgər qeyd edilən xəstəlik müayinə nəticəsində (paranazal ciblərin KT) təstiqini tapıbsa və aparılan müalicələr effekt verməyibsə, bu halda xəstəliyin xroniki olmasını ehtimal edilməlidir. Xroniki sinusitlərin, o cümlədən haymoritin müalicəsi təəssüf ki, dərman qəbulu ilə yox, cərrahi müdaxilə ilə icra edilir.
Пт, 29 дек. 2017, 14:34:23 Ответить

Gulnar - hekim salam.qulaqda keskin qawinma ve icinde nese varmiw kimi bir narahtcilig (belkede ola biler).neden ola biler?qawinma ne etsekde kecmir
Чт, 05 окт. 2017, 21:40:44 Ответить

Рзаев Р.М. - Qulağın icində nə olmasını bilmək üçün ilk növbədə onun içinə baxmaq lazımdır. Bir də, o nədir ki, onu edirsiz, qaşınma isə keçnir?
Чт, 05 окт. 2017, 22:22:01 Ответить

Gunel - Salam...mende sol maksillar sinusda 2smlik retension kist var Bas agrilarimda dozulmezdi hergun dayanmadan agriyir mueyyen gunlerde yungullesir birdegozumede verir agri men emelyat olunmaliyam yoxsa mualiceyle duzelen bir seydi?
Вс, 01 окт. 2017, 19:43:32 Ответить

Рзаев Р.М. - Salam. baş ağrıları bir çox səbəblər təsirindən yarana bilər: 3-lü sinirin kəskin və ya xronoki nevralgiyası, hipertoniya, anemiya, hipertenziya, və s., o cümlədən də haymorin və cibdə kistin olması samanı. Bu baxımdan xəstəliyin səbəbini müəyyənləşdirmək və düzgün müalicə təyin etmək məqsədi ilə müayinədən keçmək məsləhət görülür.
Вс, 01 окт. 2017, 20:07:18 Ответить

Ayrac - Salam həkim xahiş edirəm sualımı cavablandırasınız Qardaşım 18 yaşındadır başı kəskin ağrıyır ilk öncə beli ağrıyır sonra başı, gözü və alın bütün gün halsız olur iş görməyə taqəti olmur şirniyyat yesin o saat başının ağrısından ağlayacaq, soyuq su da həmçinin, telefon, televiziyaya baxandada ağrıyır amma burun dan ifrazat gəlmir bir şeydə deyim ki başını buxarlı vannaya qoyduqda biraz ağrı kəsir rahatlaşır indi bu Qarmarit dir?
Вс, 10 сент. 2017, 02:00:32 Ответить

Рзаев Р.М. - Salam. Suala brmənalı cavab vermək üçün ilk növbədə "üz skiletinin Kompüter tomoqramması" (2 proyeksiysda), edilməli, sonra isə LOR-həkimin müayinəsi aparılmalıdır.
Пн, 11 сент. 2017, 00:03:58 Ответить

ibrahim - Salam hekim.mende soyuq havalarda yadaki soyuq maye qebul etdikde seheri gun beynimden dayanmadan sheffaf su gelir 4 saat erzinde.sonrada tenefus yollari acilir ozumu rahat hiss edirem.bu ne ile bahlidi.askirmaq olur ondan sonra dahada cox su gelir
Сб, 22 июля 2017, 11:23:21 Ответить

Рзаев Р.М. - Salam.Qeyd edilən problem 2 səbəb: 1) nazal likvoreya (beyin mayesinin patologiyaya məruz qalmış sümük səhifədən buruna axması) və 2) allerqik rinit nəticəsində baş verə bilər. Birinci halda xüsusi müayinə keçirilməli (KT sisternoqrafiya), sonuncu halda isə simptomatik müalicə aparılmalıdır. Bütün hallar həkim müayinəsi ilə müəyyən edilir.
Сб, 22 июля 2017, 11:50:50 Ответить

Aysel - Salam Baqiwliyin narahat edirem, bizim uwaqmiz 15 yawindadi dayanmadan aqsirir bir 100 defe olar sonra beynine hava catmir uwaq cox pis olur ozunen gedir gozleri qaralir, bize dedilerki 15 deyqeliy emeliyat olmalidi burun rakovinada qeniwlenme var, ele birwey ola bilermi??? AMA Gurcustan weherinde analiz verdiy alerqiya dediler, men size Genceden yaziram hayiw edirem cavab yazin getirmey isteyirik siz muaniye edesiz
Ср, 14 июня 2017, 22:59:11 Ответить

Рзаев Р.М. - Salam. Güman edirəm, uşağın ümumi vəziyyətində yaranmış narahatçılıq (özündən getmə və s.) burnunda olan problemlərlə (burun arakəsməsinin əyriliyi, balıqqulaqların “genişlənməsi”, sinusit və s.) əlaqədar ola bilər. Diaqnozu dəqiqləşdirmək və müalicə təyin etmək üçün xəstə müayinə edilməlidir. (Biləcəridə Dəmir Yol xəstəxanası, saat 10.00-15.00).
Ср, 14 июня 2017, 23:20:09 Ответить

Rashad - Salam doktor. Menim yanagimda sol sinusidda kista var 33*27 mm. Bunu emeliyyatini 2-3 ilden sonra eletdirsem olar? Tebiiki ozumi qoruyacam ki soyuq olmasin. Yeniki o kista berkiyib tezlikle miningit elemezki meni?
Чт, 18 мая 2017, 02:17:49 Ответить

Рзаев Р.М. - Hec bir narahatciliq olmadiqi halda (kista ile elaqadar) emeliyyatsiz da kecinmek olar.
Чт, 18 мая 2017, 07:25:34 Ответить

rashad - allah siden min defe razi olsun cavablandirdiginiz ucun. tesekkur edirem.
Пт, 19 мая 2017, 16:28:20 Ответить

Gunel - Salam doktor mən 2-3aydan coxdu öskururem mualicede almisam kecmir.quru öskureydi.boqazimda qiciqlanma olur.bu nedendir?
Ср, 17 мая 2017, 00:14:10 Ответить

Рзаев Р.М. - Hər hansı bir xəstəliyin diaqnozunu qoyub və düzgün müalicəsini aparmaq üçün təkcə xəstənin şikayətləri kifayət deyildir - onun özünün müayinə edilməsi zəruridir.
Ср, 17 мая 2017, 10:00:06 Ответить

sultan - salam Rafiq hekim mende qaymarit var sizinle nece görüşe bilerem münkündürse eleqa nömresi vererdiz menim nömrem budu 0704491149
Сб, 22 апр. 2017, 13:10:31 Ответить

SADIQ - Salam Hekim. Menim sag yanagimda keskin xroniki haymorit diaqnozu qoydular. Ve emeliyatla cixarmaq lazimdir dediler.artiq 3 ildir ki nefes ala bilmek ucun burun spreylYaxsi kimiyem. Nagarsan?erinnen istifade edirem. Men bilmek isteyirem ki emeliyat olmadan mualiceynen men onnan qurtula bileremmi? xais edirem komek edin.
Пт, 23 дек. 2016, 00:04:11 Ответить

Рзаев Р.М. - Salam. Xr.haymorit kliniki və radioloji (Komputer tomoqramma)olaraq təstiq edilirsə, birmənalı olaraq əməliyyat icra edilməlidir.
Пт, 23 дек. 2016, 09:02:17 Ответить

Tural - Meni heyata qaytaran insan .Allah canivizisag elesin
Чт, 27 окт. 2016, 17:56:48 Ответить

Рзаев Р.М. - - Salam Tural, gecikmiş cavab üçün üzür istəyirəm. Sənə hər zaman sağlam olmağı arzulayıram. Xoş sözlərə görə təşəkkür edirəm!!!
Чт, 17 нояб. 2016, 21:46:27 Ответить

Samir - Salam doctor menim 32 yaşim var menim qaymaritim var xaiş edirem mene yardim edin onu temizletdirmek isteyirem. Hem öyrenmek isteyirem neçe başa qeler. Çox sagolun
Пт, 14 окт. 2016, 20:18:43 Ответить

Рзаев Р.М. - Salam. Bütün suallara müayinə olduqdan sonra cavab verə bilərəm.
Пт, 14 окт. 2016, 20:55:46 Ответить

iqbal - salam hekim.Menim atamin disini cixaran vaxti sinirine deymisdi.Uzun bir terefi cox sismisdi suluglanmaga. dodaq terefi eyilmisdi .Buna hekimler gepres xesteliyi qoymusdular.Havalar soyan kimi uzunde agrilar olur.Siz ne meslehet bilirsiz/
Сб, 24 сент. 2016, 16:21:48 Ответить

Рзаев Р.М. - Əgər doğrudan da "Herpes" d-zu quyulmuşdursa, onda onun fəsadlarından biri kimi sadaladığınız şikayət və ya hallar baş verə bilər. Bu məsələlər bərədə nevropatoloqa müraciət etmək məsləhət görülür.
Сб, 24 сент. 2016, 16:55:46 Ответить

lalə - Salam hekim məmim oğlumum 1 yaş 7 aylıqdı qulaqının birində 2 dərəcəli eşitmir birində isə 4 dərəcəli eşitməməzliyi var bunu əməliyat etmək olar xayiş ediəm sizdən cavab yazasız ümidim sizədi
Вс, 24 июля 2016, 11:52:26 Ответить

Рзаев Р.М. - Salam! Ağıreşitmə və eşitmənin protezləşməsi ilə əlaqədar bütün məsələlər üzrə Səhiyyə nazirliyinin baş otolarinqoloqu prof. Nazim Hüseynova (Respublira xəstəxanası, LOR-şöbə) müraciət etməyinizi məsləhət görürəm.
Вс, 24 июля 2016, 17:14:30 Ответить

Aysel - Salam Doktor menim oqlum 5 yawindadi bize lor hekim diaqnoz qoydu qaymorit ve qece yatanda nefes ala bilmir gozlerin alti qaralib cox hekime apardiq yenede nefes ala bilmir biz gencede yawayiriq ne meslehet gorerdiz istiyerdiy siz meslehet goresiz gelmey isteyiriy
Сб, 28 мая 2016, 22:07:35 Ответить

Рзаев Р.М. - Salam,5 yaşda uşaqda haymoritin olması bir qədər şübyə doğurur. Eyni zamanda tənəffüsün çətin icra edilməsi ilk növbədə uşaqda adenoid artmalarının olmasına dəlalət edir. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün uşağa baxış keçirmək lazımdır. Öz tərəfimdən buna hazıram.
Сб, 28 мая 2016, 22:20:39 Ответить

Aysel - Cox saqolun nevaxit geley biz?
Сб, 28 мая 2016, 22:35:32 Ответить

Рзаев Р.М. - Bazar gündən başqa, Hər gün 10.00-15.00 kimi. Dəmir yol xəstəxanası (Biləcəridə).
Сб, 28 мая 2016, 22:48:43 Ответить

lale - salam hekim.menim basim cox agriyir.mrt eledik haymor boslugunda kista 15mm dioqnozu qoyuldu.mualicesi varmi?
Ср, 25 мая 2016, 15:47:35 Ответить

Рзаев Р.М. - salam, əgər baş ağrılarına səbəb ola bilən xəstəliklər inkar edilirsə (hipertoniya,diabet, əsəb v.s.) o zaman əməliyyat - kistanın endoskopik yolla çıxarılması məsləhət görülür.
Ср, 25 мая 2016, 17:07:37 Ответить

klara - salam doktor.yoldaşımın sağ ve sol alın hisselerinde 10mm ve 27 mm ölçüde retenziya kistası var.doktor bu sırf müalicelikdi ya emeliyyatlıq.
Чт, 19 мая 2016, 14:06:51 Ответить

Рзаев Р.М. - Salam! Əgər söhbət alın ciblərindən gedirsə və xəstədə daimi baş ağrıları olursa, eyni zamanda baş ağrılarına səbəb ola bilən bəzi xəstəliklər (təzyiq, nevroloju ağrılar v.s.)inkar edilirsə, o zaman əməliyyat məsləhət görülə bilər.
Чт, 19 мая 2016, 21:23:31 Ответить

Azad Memmedov - salam Rafiq hekim.menim burnumda alergiya var.tez tez asqiriram.sanki icinde qarisqa gezir.hekimlere getmisem.derman yazrilar.ama 1-2 ay tesir edir..sonra yene basliyir.buna bir care ede bilersiniz?? tesekkur edirem
Ср, 11 мая 2016, 15:12:56 Ответить

Рзаев Р.М. - Salam! İstənilən vaxt (bir gün qabaqcadan vaxtı müəyyən etmək şərti ilə) müraciət edə bilərsiniz (10.00-15.00).
Чт, 12 мая 2016, 23:52:53 Ответить

Mamed - salam hekim. men usaqliqda setelcem kecirmiwem ve mene striptamicin iyne vurulduqdan sonra qulagimda cingilti yarandi ve ustunnen 12 il kecsede helede qulagimda cingiltili ses var. bunun mualicesi varmi? eger varsa mene yardim ede bilersinizmi?
Вс, 28 февр. 2016, 03:43:14 Ответить

Рзаев Р.М. - Salam, Məsələ ilə bağlı yardım etməməzdən öncə xəstəliyin düzgün diaqnozu qoyulmalıdır. Bu məqsədlə əvvəl eşitmə mərkəzinə (050.223.46.37) müraciət etməyinizi məsləhət görürəm. Salat qalın!
Вс, 28 февр. 2016, 12:46:14 Ответить

Jabir - Salam Rafiq həkim. heterogen infiltrativ tumor diaqnozu ile olan xesteni emeliyyat edirsiniz? Əvvəlcədən təşəkkür edirəm
Вт, 16 февр. 2016, 15:50:19 Ответить

Рзаев Р.М. - Hansı nahiyənin və hansı xassəli (bəd və ya xoş) şişlərdən söhbət gedir? “Hetorogen ...” anlayışı kliniki diaqnoz kimi deyil, şişin hüceyrə daxili molekulyar mexanizmini əks etdirən elmi anlayış kimi əhəmiyyət kəsb edir. Salamat qalın!
Вт, 16 февр. 2016, 19:59:26 Ответить

vuqar - Salam Rafik dr. mende tufurceg vezinin odenomasidi isderdim sizin gebulniza duwem! Bilmeq isderdim siz hansi xesdexanade caliwirsiz?Tewekkur!
Чт, 21 янв. 2016, 23:59:30 Ответить

Рзаев Р.М. - Bileceride yerlezen Merkezi Demir you xestexanasinda LOR-shobe, saat 10.00-15.00. Tel.4069583
Пт, 22 янв. 2016, 00:09:01 Ответить

Gulnara - Salam hekim menim qardasimin wah damarinda sis var.5 il evvel diger terefden iranda emeliyyat edilib.wah damari goturulub.ne etmek ol
Пн, 19 окт. 2015, 18:23:43 Ответить

Рзаев Р.М. - Salam, konkret olaraq hansı xəstəlik haqqında sözün getdiyini tam anlaya bilmədim. Əgər bu "karotid hemodektoma"adlanan şişdirsə, onda onun müalicəsi mürəkkəb bir əməliyyatın icrasinı tələb edir və siz bununla artıq bir dəfə qarşılaşmısınız. Yaxşı olar ki, əvvəl olduğu kimi, yenə də müalicənin icrasını öz ölkəmizdə deyil, İranda həyata keçirəsiniz.
Пн, 19 окт. 2015, 18:52:17 Ответить

leman - salam. men otoskleroz xestesiyem. qulaq emeliyyat olunmalidir?
Пн, 31 авг. 2015, 13:56:31 Ответить

Рзаев Р.М. - Salam, sizə yardım etməyə hazıram.Əməliyyatla bağlı olan bütün məsələlər xəstəyə baxış keçirdikdən sonra müzakirə edilə bilər.
Пн, 31 авг. 2015, 14:06:49 Ответить

xanim - salam mende de otoskleroz xesteliyi var. siz emeliyyeat olunduz?
Пн, 10 окт. 2016, 23:59:25 Ответить

Рзаев Р.М. - Sualınızı başa düşə bilmədim!
Вт, 11 окт. 2016, 10:04:42 Ответить

emine - SALAM HEKIM MENIM38 YASIM VAR 15.04.2015 DE NEFES ALA BILMIRDIM BIR TEREFLI BURNUMU EMELIYYAT ETDIRDIM LASTIK EMELIYYAT OLUNMAYIB INDI ISE 1 AYA YAXINDIR DEHSETLI SAG TEREFLI BURUN BAS AGRILARIM OLUR IYNE DE TESIR ETMIR DERMAN ATIRAM YENE TESIR ETMIR . MRT ETDIRDIM SAG HAYMOR boslugunda 2sm olcude retenziya kistasi askarlanib men ne etmeliyem ? sualima cavab verseniz sevinerem sagolun
Пн, 25 мая 2015, 17:30:51 Ответить

Рзаев Р.М. - Salam! Mənə elə gəlir ki, bu saullarla ilk növdədə əməliyat edən həkimə müraciət etməlisiniz. Suallara qəti cavab vermək üçün öncə burunun əməliyyatdan əvvəlki və ondan sonrakı vəziyyətini bilmək lazımdır. Sonra isə baş ağrılarının kista və ya nevroloji xarakterli olmasını müəyyən etmək lazımdır. Salamat qalın!
Пн, 25 мая 2015, 18:05:42 Ответить

aynure - Aynur mənim xəsdəliyimin adı xemodektomadı müalicəsi var
Пт, 15 мая 2015, 11:01:43 Ответить

Рзаев Р.М. - Əgər Siz mənə sual verisizsə, bildirirəm ki, hemodektoma ilə əlaqədar olan problem ciddi xəstəliklər sırasına aiddir və müalicəsiz qaldıqda həyat üçün təhlükəlidir. Xəstəliyin müalicəsi haqqında mütəxəssis fikri söyləmək üçün xüsusi müayinələr keçmək tövsiyə edilir. Salamat qalın!
Пт, 15 мая 2015, 12:03:34 Ответить

Cemil - Salam Rafiq hekim. Xahis edirem elaqe nomresi veresiniz ki,sizle elaqe saxlayaq. Onceden tesekkur.
Чт, 16 апр. 2015, 09:11:28 Ответить

Рзаев Р.М. - mobil t. 0502121390
Чт, 16 апр. 2015, 13:03:44 Ответить

sevda - Hormetli dr.heyatda mocuzeni sizin kimi esl hekimler yaradir.her seher gozumu acanda ilk dualarim sizin ucundur.cunki insanin yasamasi ucun vacib 1 shey onun nefes almasidir,hansiki 5 illik eziyyetden sora sizin sayenizda geri qazandim.1 nece xarici olkada muayine olsamda,shefani sizin ellerinizden tapdim.yeginki meni xatirlayarsiz,asma diaqnozu ile yaniniza gelen xanim.hal hazirda ne tezyiqim var,ne toxakardiyam.bronxlarimlada 1 problem yoxdur.5 aydirki heyat menim ucun yenidan yaranib.size tesekkur etmek azdir,size can sagligi arzulayiramki menim kimi umudsuz insanlari hayata qaytarasiz.
Вс, 08 июня 2014, 15:19:54 Ответить

Рзаев Р.М. - Hörmətli Sevda xanım! Sevincinizi mən də Sizinlə bölüşdürürəm və Sizə can sağlığı arzulayıram! Sizin xoş sorağınızı eşitmək və mənim ünvanıma söylədiyiniz ürər açan sözlərin söylənməsi, həkimlik borcumu ləyaqətlə yerinə yetirməsini nümaiş etdirir və mən bununla qürur hissi keçirirəm. Sizə təşəkkür edirəm! Hörmət və ehtiramla Sizin doktor!!!
Вс, 08 июня 2014, 21:14:57 Ответить

zemfira - salam.men berk qrip oldum.sonradan qulagimda agir ewitmezlik yarandi.MR muayinesi neticesinde her 2 mastoid huceyrelerde solda daha cox olmaqla qati maye yigintisi izlenilir.sag haymor boslugunda selikli qisa qalinlasmasi ve 16 mm olcude retenziya kistasi movcuddur.netice:norma daxilinde beyin parenximasinin MR muayinesi. bilateral mastoidit.cox xahis edirem bunun mualicesi haqqinda melumat veresiz
Ср, 05 марта 2014, 16:41:20 Ответить

Рзаев Р.М. - Salam, sizin əsas sirayətiniz qulaq problemi olduğu üçün mütəxəssisə müraciət etməyinizi tövsiyə edirəm.
Ср, 05 марта 2014, 23:09:04 Ответить

suleymanov asif - Salam hekim menim qulagimda neyrosensal esidme zeifliyi var mualicesi mumkundumu?
Чт, 22 марта 2018, 13:34:28 Ответить

Рзаев Р.М. - Salam. Müalicəyə aid olan məsləhət yalnız ətraflı məlumat olduğu halda verilə bilər.
Чт, 22 марта 2018, 23:19:31 Ответить

Nermin - Salam men size qarmaritle bagli mualiceye hara gele bilerem?
Пт, 01 марта 2019, 12:50:42 Ответить

Рзаев Р.М. - "Spero Hospital" Теl.: (+994 12) 430 43 03
Пт, 01 марта 2019, 17:00:49 Ответить

Есть вопрос или комментарий?..




Ваше имя Электронная почта
Получать почтовые уведомления об ответах:

| Примечание. Сообщение появится на сайте после проверки модератором.


Вернуться в раздел Контакты