"Оториноларингология-хирургия головы и шеи" Азербайджанская Центральная Дорожная больница, Баку - [Наш адрес: AZ1117, Баку, 5025 квартал; телефон: (+994 12) 406 95 83]
ГлавнаяО клиникеДиагностика и методы леченияКоллегиФотогалереяВидеоНовостиКонтакты
Цитата

Контакты


 

Son bir neçə ay ərzində ailəliklə birlikdə keçirdiyimiz dəhşətli günlər artıq geridə qalmışdır. Burnumda yaranış problemlə əlaqədar olaraq xəstəxanaların birində məni operasiya etmişlər, lakin məni narahat edən halları nəinki aradan qaldırmaq mümkün olmuşdur, əksinə narahatçılığım daha da çoxalmışdır. Buna səbəb burnumda olan şiş xəstəliyin vaxtında aşkar edilməməyi olmuşdur.

Xəstəliyimin diaqnozu qoyulduqdan sonra məni Bakının bir neçə xəstəxanalarında, o cümlədən özəl klinikalarda, Onkoloji mərkəzdə və Respublika xəstəxanasında müayinə etdilər, lakin şişin üzümün dərin sahələrinə yayılmasından ehtiyat edərək həkimlər operasiya etməkdən imtina etdilər. Kor-peşman qalaraq xaricdə müalicə etmək üçün məsləhətlər aparılırdı ki, təsadüfü olaraq tanış həkimlərdən biri Dəmir yolu xəstəxanasında professor Rafiq Rzayevə müraciət etməyi məsləhət gördü. Bizi nəzakətlə qəbul etdikdən sonra bütün sənədlərlə tanış oldu və əlavə müayinələr apararaq burunun angiofibroması diaqnozunu qoydu. Bundan sonra əməliyyatın icrasının nəinki mümkün olduğu bildirdi, hətta onun tez bir zamanda keçirilməsini qətiyyətlə təkid etdi.

Hələ ilk tanışlıqdan həkimin bizə qarşı səmimi münasibəti və ümidverici tövsiyələri onun əsil peşəkar bir mütəxəssis olduğunu nümayiş etmiş oldu. Bununla da birmənalı olaraq xaricə getmək niyyətindən imtina edərək yalnız hörmətli professor Rafiq Rzayevə öz həyatamı etibar etdim. 13 iyul 2013 tarixdə operasiya olundum. Əməliyyatım 5 saat davam etdi. Şükürlər olsun ki, hazırda özümü çox yaxşı hiss edirəm. Bu günləri sevinc hissiyatı ilə yaşamaqda mən və valideynlərim xilaskarım Rafiq Rzayevə borcluyuq. Ona minnətdarlığımızı bildiririk, uzun ömür və can sağlığı arzulayırıq. Xəstəxanada olarkən onun elmi savadının və peşəkarlıq səviyyəsinin nəinki ölkəmizdə hətta ondan kənarlarda da tanınması bizə bəlli oldu.

Təəssüf doğurdan bir hal da odur ki, Bakı xəstəxanalarında qarşılaşdığımız əksər həkimlərdən təsadüfən rast gəldiyimiz yalnız bir həkim, əsil həkimlik ləyaqətinə sadiq olaraq, bizə xəstəliyin mürəkkəb olduğunu başa salmış və bunun da mütəxəssisi professor Rafiq Rzayev olduğunu etiraf etmişdir. Bu kimi xoşagəlməz hallar, nəinki öz milli həkimlərimizin nüfuzunun artmasına, hətta ölkəmizdə aparılan səhiyyə islahatlarındakı kadrlar siyasətinə də ziddir. Biz professor  Rafiq Rzayev kimi həkimlərimizlə fəxr etməliyik və onların adlarını heç olmasa ölkə daxilində daha da yüksəkliklərə qaldırmalıyıq.

Hörmətlə, İmişli rayonunun Göbəktala kəndinin sakini Cəfərov Nurlan.



Количество просмотров: Счетчик посещений Counter.CO.KZ - бесплатный счетчик на любой вкус!

Комментарии

Рзаев Р.М. - Təşəkkür edirəm
Пн, 09 сент. 2013, 08:48:53 Ответить

Есть вопрос или комментарий?..




Ваше имя Электронная почта
Получать почтовые уведомления об ответах:

| Примечание. Сообщение появится на сайте после проверки модератором.


Вернуться в раздел Контакты