"Оториноларингология-хирургия головы и шеи" Азербайджанская Центральная Дорожная больница, Баку - [Наш адрес: AZ1117, Баку, 5025 квартал; телефон: (+994 12) 406 95 83]
ГлавнаяО клиникеДиагностика и методы леченияКоллегиФотогалереяВидеоНовостиКонтакты
Цитата

Новости

 
Uvulopalatofarinqoplastika. Cərrah: dr. Rufat Rzayev. Yuxuda xoruldama, insanın keyfiyyətli həyat tərzi yaşamasına maneçilik törədən səbəblərdən biridir. Belə ki, xroniki yuxusuzluq, insanda ümumi halsizliq yaratmaqla, onda immunitetin zəifləməsinə, əsəb sisteminin və psixoloji durumun pozulmasına zəmin yaratmış olur. Ən əsası: “apnoe” halının yaranmasına – tənəffüsün (ağ ciyər ventilyasiyasının) müvəqqəti olaraq dayanması səbəb olur. Bu isə öz növbəsində bir çox hallarda hipertoniya, insult və infarkt kimi xəstəliklərin yaranması ilə nəticələnə bilər. Xəstəliyin yaranmasına səbəb olan əsas faktorlardan biri, udlaq əzələlərinin fizioloji xüsusiyyətidir. Belə ki, yuxu zamanı, əzələlərin tonusunun səfləməsi nəticəsində xəstə nəfəs alarkən yuxarı tənəffüs yollarında mənfi təzyiq yaranmış olur və nəticədə udlağın divarlarının bir-birinə yapışması baş verir. Bu halda öncə xorultunun tezliyinin yüksəlməsi, sonra isə tənəffüsün müvəqqəti dayanması baş verir. Bu zaman tənəffüsün sonrakı icrası, yalnız beyin funksiyasının oyanması hesabına baş verir. Nəticədə qanda azalmış oksigenin təminatı yenidən bərpa edilmiş olur. “Apnoe” xəstəliyinin yaranmasına səbəb olan bəzi xəstəliklərə müqaisədə (həddindən artıq kökəlmə, artıq çeki, aktiv spirtli içki və siqaret çekmə, nevroloji və beyin xəstəlikləri, qalxanabənzər vəzisinin funksiyasının pozulması və s.), burun arakəsməsinin əyriliyi zəminində yaranmış, burun tənəffüsünün pozulması üstünlük kəsb edir. Bu baxımdan, xəstələrin mütəxəssislərə erkən müraciəti, bəzən onlarda nəticəsi acınacaqlı olan xəstəliyin vaxtında qarşısını almağa imkan yaratmış olur. Obstruktib apnoe xəstəliyi zamanı tətbiq edilən müalicə üsullarından biri də “Uvulopalatofarinqoplastika” əməliyyatıdır. Sonuncunun əsas məqsədi – tənəffüs yolları keçəcəklərini cərrahi üsulla genişləndirilməsindən ibarətdir.


Количество просмотров: Счетчик посещений Counter.CO.KZ - бесплатный счетчик на любой вкус!


Вернуться в раздел Новости