"Оториноларингология-хирургия головы и шеи" Азербайджанская Центральная Дорожная больница, Баку - [Наш адрес: AZ1117, Баку, 5025 квартал; телефон: (+994 12) 406 95 83]
ГлавнаяО клиникеДиагностика и методы леченияКоллегиФотогалереяВидеоНовостиКонтакты
Цитата

Otoskleroz

 
Otoskleroz

На этой странице представлены некоторые основные сведения об этиологии и о механизме развития отосклероза, а также сведения о клинической анатомии и физиологии органа слуха, клинике, диагностике и лечение заболевания.

Здесь также компактно изложены сведения о показаниях и противопоказаниях к операции – стапедопластике, об особенностях основных этапах операции, а также некоторые сведения о результатах собственных исследований.

------------------------------------------------------------------------------------------------------------------------------       Otoskleroz

Təqdim edilən vəsaitdə, otoskleroz xəstəliyinin etioloqiyası, qulağın klinik anatomiyası, fiziologiyası, otoskleroz zamanı ağıreşitmənin mexanizmi, xəstəliyin klinikası, diaqnostikası və müalicəsi haqqında qısa məlumatlar verilmişdir.

Vəsaitdə stapedoplastika əməliyyatına göstəriş və əks göstərişlər haqqında məlumatlar, operasiyanın əsas mərhələlərinin icrası xüsusiyyətləri işıqlandırılmış və müəllifin şəxsi tədqiqatları əsasında əldə etdiyi nəticələr təqdim edilmişdir.

Müəllifin məqsədi, xəstəlik haqqında mövcud məlumatları və şəxsi təcrübəsində əldə etdiyi nəticələri qıssa və yığcam halda ilk növbədə həkim-otolarinqoloqların nəzərinə çatdırmaq, eyni zamanda praktiki təcrübədə rast gələ bilən bəzi çətinliklərin və səhvlərin qarşısını almaqda onlara yardım etməkdən ibarətdir. Vəsait, həmçinin ordinatorların, surdoloqların və audioloqların iş fəaliyyətində yardımçı ola bilər.

Qulağın anatomiya – və fiziologiyası


Qulağın anatomiya – və fiziologiyası

Eşitmə üzvü olan qulaq – xarici, orta və daxili qulaqdan ibarətdir.

Təbil zarının topoqrafiyası


Təbil zarının topoqrafiyası

Təbil zarı və onunla yanaşı olan anatomik strukturlar (təbil boşluğu tərəfdən görünüş):

  1. təbil zarının dartılmış hissəsi;
  2. Təbil zarının göbəyi;
  3. çəkicin dəstəyi;
  4. çəkicin köndələn çıxıntısı;
  5. ön çəkic bükümü;
  6. arxa çəkic bükümü;
  7. təbil zarının sallanmış hissəsi;
  8. ön “Trelca” cibi;
  9. arxa “Trelca” cibi;
  10. lifli-qığırdaq halqa;
  11. daşlıq-təbil yarığı;
  12. eşitmə borusu;
  13. təbil telinin arxa borucuğu;
  14. təbil telinin ön borucuğu;
  15. zindanın qısa ayaqcığının batığı;
  16. bizvarı çıxıntı.

     Təbil zarının əsas xüsusiyyətləri:

  • Quruluşu: böyüklərdə - oval; uşaqlarda – dairəvi;
  • Ölçüləri: böyüklərdə təbil zarının uzunsov diametri – 9,5 -10 mm, qıssa diametri – 8,5-9 mm., qalınlığı – 0,1 mm;
  • Rəngi: sədəf və ya az parıltılı boz-mirvari;
  • Duruşu: keçəcək divarlarının müxtəlif uzunluğa malik olması ilə əlaqədar olaraq zarın ön-aşağı hissəsi onun arxa-yuxarı hissəsinə nisbətən daha dərində yerləşmişdir. Bununla əlaqədar olaraq ön-arxa hissədə, zar ilə keçəcəyin divarları arasında təqribən 27°, arxa-yuxarı hissədə isə 140° bərabər bucaq yaranmış olur. Bununla belə fərdi olaraq bu göstəricilər dəyişilə bilər

Bir çox hallarda, insanlarda ağıreşitmənin yaranmasına səbəb otoskleroz xəstəliyi olur.

Otoskleroz - uzun illər ərzində ağıreşitmə və qulaqda küyün yaranması ilə nəticələnə bilən qulaq xəstəliklərindən biridir. Xəstəlik, irsi xəstəliklər qrupuna aid olaraq, insana, valideyinlərin birindən autosom-dominant tip genin keçirilməsi ilə xarakterizə edilir. Xəstəliyin yaranmasına səbəb olan morfoloji substratlardan biri də daxili qulağın sümük labirintində natamam halda sərt sümükləşmə ocaqlarının yaranmasıdır.

Zaman keçdikcə, labirintin sümük strukturlarında, distrofiya nəticəsində nizamsız surətdə gedən sümükləşmə prosesi, öncə məsaməli sümük toxuması ilə əvəz edilir, sonra isə yenə də sıxcam sümük toxumasına çevrilmiş olur. Xəstəliyə öncə bir qulaq, zaman keçdikcə (aylar və ya illər) digər qulaq da məruz qalmış olur.

Məhz bu baxımdan otoskleroz sözünün mənası, Yunan sözləri olan “skler”-o (sərt) və “oto” (qulaq) sözləri ilə bağlıdır. Xəstəliyin gedişində, öncə qulaq sümükcüklərin birində (üzənginin əsasında və ya onun ayaqaltı lövhəsində), nizamsız surətdə gedən osteodistrofik (sümükləşmə) proses, sonradan kirəcləşmə ilə nəticələnir. Prosesin son mərhələsində, artıq sümükcüyün hərəkəti məhdudlaşır və bununla da daxili qulağın funksiyasında, eşitmə azlığı ilə müşahidə edilən qüsurlar yaranmış olur.

Daxili qulaqda yarana bilən bir çox xəstəliklərdən fərqli olaraq, otosklerozun əksər hallarda tam müalicəsi mümkündür.

Otoskleroz zamanı ağıreşitmənin mexanizmini anlamaq məqsədi ilə eşitmə üzvü olan qulağın əsas xüsusiyyətlərindən bəziləri haqqında (klinik anatomiyası, fiziologiyası, xəstəliyin klinikası, diaqnostika və müalicəsi) məlumatların qeyd edilməsi zəruridir.

Otoskleroz

Orta qulağın quruluşu (qulaq sümükcükləri silsiləsi) 

Təbil zarı və 3 qulaq sümükcükləri, səs titrəyişlərini təbil zarından bilavasitə daxili qulağın tərkib hissəsi olan labirint mayesinə ötürür.

 

 


Otoskleroz

Labirint mayesi isə, səs titrəyişlərini elektrik impulslarına çevirərək onları eşitmə siniri vasitəsi ilə Beyində yerləşən eşitmə mərkəzinə ötürür.

Eşitmə mərkəzi tərəfindən bu impulslar, səsin yaranmasına transformasiya edilir və son nəticədə insanlarda səsin qavranılması təmin edilir.

Xəstəliyin patogenezi və onun təsviyə edilmə mexanizmi


Xəstəliyin patogenezi və onun təsviyə edilmə mexanizmi

Qulaq seyvanı, səs dalğalarını toplayaraq xarici qulaq keçəcəyi vasitəsilə təbil zarına yönəldir. Səs dalğalarının təsiri nəticəsində titrəyişə məruz qalan təbil zarı, onunla təmasda olan qulaq sümükcüklərini də hərəkətə gətirir.

Göründüyü kimi üzənginin hərəkəti nəticəsində, səs titrəyişləri daxili qulağın labirint mayesinə ötürülür. Qeyd edilən strukturların qüsursuz çalışmaları normal eşitmə mexanizmini təmin etmiş olur.


Otoskleroz

Qulaq sümükcüklərinin hərəkətində, bu və ya digər səbəblərdən məhdudiyyət yaranmış olduqda, daxili qulaq kifayət dərəcədə elektrik impulsu transformasiya edə bilmir ki, bu da öz növbəsində ağıreşitməyə səbəb olan əsas amillərdən biridir. Otoskleroz zamanı məhz üzənginin hərəkətində yaranmış olan məhdudiyyət, önəmli olaraq, bilavasitə ağıreşitməyə səbəb olur.

Göründüyü kimi, çəkic və zindanın hərəkətləri sərbəst olduqları halda, üzəngi əsasının, oval pəncə oyuğunda sümükləşərək kirəcləşməsi, onun hərəkətini məhdudlaşdırmış olur. Bununla əlaqədar olaraq labirint mayesində səs titrəyişləri amplitudı xeyli azalmış olur ki, nəticədə ağıreşitmə baş verir.


Otoskleroz

Cərrahiyyə əməliyyatı (stapedoplastika) nəticəsində, funksiyasını itirmiş üzəngi, protez ilə əvəz edildikdə, onun funksiyası bərpa edilir və nəticədə ağıreşitmə aradan qaldırılmış olur.

Göründüyü kimi, üzəngini əvəz edən protezin, oval pəncərədə sərbəst hərəkəti, səs titrəyişlərini daxili qulağın labirint mayesinə ötürməsini bərpa edir və nəticədə elektrik impulsların transformasiyası təmin edilmiş olur.

Xəstəliyin simptomları

Otoskleroz bir qayda olaraq xəstələrdə nəzərə çarpmadan, simptomsuz (histoloji mərhələ) olaraq başlayır. Bu mərhələdə, artıq, labirintin sümük hüceyrələrində, struktur dəyişikliklərin baş verməsinə baxmayaraq, xəstəliyin klinik təzahürləri hələ ki, müşahidə edilmir. Bəzi hallar istisna olmaqla (xəstəliyin iti surətlə gedişi nəticəsində yaranmış neyrosensor tip ağıreşitmə), əksər hallarda xəstəliyin ilkin mərhələsinin gedişi 2-3 il davam edə bilər. Bu dövrdə xəstə, qulaqda cüzi  küyün olmasını qeyd etsə də, artıq onun eşitməsində baş vermiş dəyişiklik audiometriya zamanı aşkar oluna bilər.  

Otoskleroz zamanı qulaqda yaranmış küy, subyektiv xarakter daşıyaraq, onun intensivliyi 3 dərəcədən ibarət olan göstəricilərlə müəyyən edilir.

I dərəcə - cüzi ifadəli küy (praktiki olaraq xəstəyə narahatçılıq törətmir);

II dərəcə - digər şikayətlərlə yanaşı, səlis ifadəli küy;

III dərəcə - küy, xəstədə aparıcı şikayət olur.

Xəstəliyin klinikası:

  • Xəstəliyin ilkin nişanəsi – tədricən və mütərəqqi surətdə eşitmənin azalmasından ibarətdir;

  • Xəstəlik 15-45 yaş arasında müşahidə edilsə də, o, bir çox hallarda özünü 20 yaş dövründə büruzə verir;

  • Xəstələrin təqribən ¾ hissəsi, xəstə qulaqda küyün olmasını qeyd edirlər;

  • 25-30% xəstələrdə müvazinətin pozulması – hərəkət zamanı qeyri sabitlik, baş gicəllənmə və digər senzor dəyişkənliklər müşahidə edilə bilər;

  • 80% hallarda hər iki qulaq xəstəliyə məruz qala bilər;

  • Qadınlar, kişilərə nisbətən 2 dəfə çox xəstəliyə məruz qalırlar (K:Q=1:2,5);

  • Hamiləlik və klimaks dövründə, xəstəliyin şiddətlənməsi müşahidə edilir;

  • 60% hallarda, xəstəlik irsi olaraq valideynlərdən öz övladlarına keçə bilər.

Xəstəliyin təsnifatı:

Otoskleroz zamanı mövcud təsnifatın əsasını, ağıreşitmənin və qulaqlarda küyün yaranması kimi əsas təzahürlərin olması ilə yanaşı olaraq, qulağın səs-qəbuledici aparatı funksiyasının salamat olması təşkil edir.  Bu isə, öz növbəsində, cərrahi müdaxilənin uğurla nəticələnməsinə zəmin yaratmış olur.

Qulağın səs-qəbuledici aparatının zədələnmə dərəcəsinə görə, otosklerozun 3 – timpanal (37%), qarışıq (34%) və koxlear (29%), klinikik formaları müəyyən edilmişdir. Bu baxımdan, hər bir xəstədə, hava və sümük keçiriciklərinin pisləşməsinin təyini, audioqramda, sümük-hava intervalı (koxlear ehtiyat) hüdudunun  müəyyən edilməsi ilə dəyəndirilməlidir.   

Xəstəliyin timpanal forması zamanı, sümük keçiriciliyi, norma göstəricisi səviyyəsinə yaxın olaraq, sümüklə səs qəbuledici hüdud, 125-8000 Hs tezliklərdə, 20 dB-li aşlamamalıdır. Adətən bu halda, hava ilə səs yayımı, xeyli dərəcədə yüksəlir (bütün tonlar səviyyəsində yüksələrək 50-60 dB təşkil edir) və sümük-hava intervalı fərqi 30-45 dB təşkil etmiş olur.         

Timpanal formalı otoskleroz zamanı, cərrahi müdaxilə, səs keçiriciliyi yayım hüdudunu,  sümüklə səs qəbuledici hüdud səviyyəsinə kimi nizamlayarsa, bu halda eşitmə, sosial nöqteyi-nəzərdən, əla və ya yaxşı kimi dəyəndirilə bilər.

Qarışıq formalı otoskleroz zamanı sümüklə səs qəbuledici hüdud 21-40 dB səviyyəsində olur. Bu halda sümük keçiricisi əyriliyi, əksər tezliklərdə aşağı səviyyədə qaldığı halda, audioqramın hər hansi bir tezliyi səviyyəsində əyrilik, 40 dB-ə kimi yüksəlmiş olur. Sümük-hava keçiriciliyi intervalı adətən 30-40 dB təşkil etmiş olur.  Əməliyyat nəticəsində hava ilə səs yayımının sümük keçiriciliyi səviyyəsinə kimi yaxşılaşması, eşitmənin sosial olaraq yaxşı və qənaətbəxş olduğunu vurğulayır.

Koxlear formalı otoskleroz, səs qəbuledici aparatın daha dərin zədələnməsinə dəlalət edir: sümük keçiricisi əyriliyi, bu və ya digər tezlik səviyyəsində 40 dB hüdudunu aşlamış olur. Bu halda sümük-hava göstərici fərqi, həmçinin xeyli yüksələrək 25-35 dB təşkil etmiş olur.  Cərrahi müdaxilə nəticəsində hava keçiriciliyi, sümük keçiriciliyi səviyyəsinə kimi nizamlansa da eşitmə, tam sosial tələb olunan səviyyəyə kimi bərpa edilmir. Bununla belə, eşitmə səviyyəsi, bu halda da, xəstədə, xeyli rahatlıq yaratmış olur.  

Otoskleroz zamanı xəstəliyin gediş surəti  iti, zəif və sıçrayışlar şəklində müşahidə edilə bilər.

Xəstəliyin diaqnostikası

Xəstəliyin diaqnozu, sorğu əsasında xəstədə qeyd edilən nişanələrin mövcudluğuna, eşitmə üzvünün müayinəsinə və xəstəliyin gedişinə istinad edilərək qoyulur.

İlbizin funksional ehtiyatının göstəricisi olan, sümük-hava keçiriciliyi arasındakı intervalın təyini (saf səs audiometriyası), xəstəliyin diaqnostikasında mühüm əhəmiyyət kəsb edir. Bəzən, xüsusilə, başgicəllənmə zamanı, vestibülyar funksiyanın müayinəsi tələb oluna bilər.

  • Parakuzis Villizi – otoskleroz zamanı patoqnomatik simptom kimi qəbul edilmişdir: xəstə səsli-küylü mühitdə danışıq nitqini xeyli yaxşı qavraya bilir.
  • Otoskleroz zamanı əksər hallarda xarici qulaq keçəcəyinin genişlənməsi ilə yanaşı olaraq, onun dəri örtüyünün nazikləşməsi, quruması, yaralanmaya qarşı meylli olması, qulaq kirinin hiposekresiyası, təbil zarının nazikləşməsi kimi halları da müşahidə edilə bilər.
  • Xəstəlik kəskinləşdiyi dövrində, xəstələr daha zəif eşidən qulaqla pıçıltı nitqini qavramaq iqtidarında olmurlar.
  • Birmənalı olaraq xəstələr, C 64 kamertonun səsini eşitmirlər; əksər xəstələr C 128 kamertonun səsini yalnız hava keçiriciliyi vasitəsi ilə qısa bir müddət (2-3 san.) ərzində eşidə bilirlər.
  • Əksər xəstələr 2048 Hs-də ifa edilmiş tonu, hava keçiriciliyi vasitəsi ilə 4-5 dəfə qısaldılmış vaxt ərzində eşitdiyi halda, bəziləri bu tonu qəti eşitmirlər.
  • Rinne sınağı 97% xəstələrdə, Federiçe (traqus - məməyəbənzər çıxıntı sınağı) və Jele sınaqları isə təqribən 80% xəstələrdə neqativ olur.
  • Veber sınağı zamanı səs yayımı daha çox təsbit olunmuş üzəngi istiqamətinə yönəlmiş olduğu halda, hər iki üzənginin eyni dərəcəli patologiyası zamanı səs yayımı funksiyası qənaətbəxş olan koxlear aparatı istiqamətinə yönəlmiş olur.
  • Xəstələrin böyük əksəriyyəti ilbizin funksional ehtiyatının göstəricisi olan sümük-hava keçiriciliyi intervalı orta kəmiyyət (30-40 dB) daxilində, əksər xəstələrdə bu göstərici maksimum (40 dB - dən çox) və az bir qismində minimum (20-30 dB) səviyyəsində ola bilər (saf səs audiometriyası).
  • Kalorik sınaq və elektronistaqmoqrafiya zamanı 21% xəstələrdə vestibülyar funksiyanın normal, 64% - hiporefleksiya və 15% - hiperrefleksiya tipində müşahidə edilir.

Otoskleroz ilə neyrosenzor ağıreşitmənin diferensial diaqnostikasında eşitmə üzvünün ultrasəslə müayinəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, otoskleroz zamanı ultrasəs, normada olduğu kimi eyni intensivlikdə, və ya bir qədər yüksək səviyyədə qavranıldığı halda, neyosenzor ağıreşitmə zamanı onun qavranılması normadan 2-3 dəfə aşağı səviyyədə olur.

Kompüter tomoqrafiya

Kompüter tomoqrafiya

Gicgah sümüklərinin kompüter tomoqrafiyası (KT), əsasən otoskleroz zamanı, osteodistrofik prosesin, labirintin sümük kapsuluna nüfuz etmə dərəcəsini təyin etmək məqsədi ilə aparılır.

Gicgah sümüklərinin KT (aksial və koronal proyeksiyalarda), kəsiklərin qalınlığı 0,3 – 1 mm ölçüdə olmaqla aparılmalıdır. KT nəticəsinə əsasən labirint kapsulunun sıxlığı, normada +2000 - +2200 H.v. təşkil edə bilər.

Belə ki, KT köməyi ilə:

  • oval pəncərədə osteodistrofik prosesin yayılma dərəcəsi aşkar edilir;
  • qarışıq növ otoskleroz zamanı, labirintin sümük kapsulunun osteodistrofik prosesə məruz qalıb qalmamağı təyin edilir;
  • stapedoplastika zamanı, likvor mayesinin yüksək təzyiqlə axma təhlükəsinə səbəb ola bilən, ilbiz axacağının daxili dəliyinin genişlənməsi müəyyən edilir;
  • dairəvi pəncərənin mövcud görüşünü və məməyəbənzər çıxıntının pnevmatik sümük oyuqlarının mənzərəsi təsvir edilir.
  • uğursuz stapedoplastika zamanı onun bəzi səbəbləri (titan protezin yerdəyişməyə məruz qalması) aşkar edilir.

Şəkildə - sağtərəfli otoskleroz zamanı gicgah sümüyünün KT: üzənginin ayaqcıqaltı lövhəsi qalınlaşmışdır (a, v), labirintin sümük kapsulu boyunca sərtləşmiş məsamədən ibarət olan dəyişikliklər aşkar edilir (b, q).

Xəstəliyin müalicəsi

Xəstəliyin əsas müalicə üsulu operasiya – stapedoplastikadır. Əməliyyat mikroskop və mikrocərrahiyyə alətlərin köməyi ilə aparılır.

Operasiya, səs titrəyişlərini, perilimfaya, ötürülməsində iştirak edən sümükcüklərin birində (üzəngidə) yaranmış qüsuru aradan qaldırmaq məqsədini güdür.

1990-cı ildən başlayaraq hazırkı dövrə kimi, Dünya üzrə stapedoplastika əməliyyatı, əsasən titandan hazırlanmış porşenli “Üzəngi-Piston” protezinin köməyi ilə icra edilir.

Otoskleroz

“Heinz Kurz” şirkəti istehsalı olan “K-Piston” titan implantı (protezi).

Titan, bioloji uyğunluğa və sümük toxuması ilə yaxşı inteqrallanma xüsusiyyətinə malik olan metaldır. Bu növ protezlərin zərif olması, onların səsin ötürülməsində yüksək mexaniki və digər müsbət xüsusiyyətlərini nəzərə alaraq, stapedoplastikanın icrasında titan protezlərinin tədbiqinə xüsusi önəm verilir.

Otoskleroz

Protezin üzəngi əsasında açılmış dəliyə yeridilməsi - ossikuloplastika.

Protezlənmənin texniki mahiyyəti ossikuloplastika əməliyyatını təmin etməkdən ibarətdir - protezin porşeni üzəngi əsasında açılmış mikrodəliyə daxil edildikdən sonra, onun qarmağabənzər başlığı, zindanın uzunsov çıxıntısı üzərində bərkidilir.

Əməliyyatın icrasına göstəriş və əks göstərişlər

  • Timpanal və qarışıq növ otosklerozlar, əməliyyatın icrasına göstərişdir.
  • Neyrosensor komponentin üstünlüyü ilə müşahidə edilən koxlear növ otoskleroz, əməliyyatın icrasına əks göstərişdir.
  • Bəzi kəskin və ağır keçən somatik xəstəliklər, xarici və orta otitlər, birtərəfli karlıq, əməliyyatın icrasına əks göstərişdir.
  • Gənc yaş dövrü (20 yaşa qədər), xüsusilə xəstədə otosklerozun ağır növü sayılan, “gənclik forması” ehtimalı, əməliyyatın icrasına nisbi əks göstərişdir.
  • Sümük-hava keçiriciliyi intervalının 20-30 dB və daha çox, qarışıq növ otoskleroz zamanı isə bu intervalın 15 dB (500-2000 Hs arasında) hüdudu səviyyəsində olması, əməliyyatın icrasına göstərişdir.
  • Vestibülyar funksiyada ola bilən pozulma, əməliyyatın icrasına əks göstəriş olmasa da, əməliyyatdan sonrakı dövrdə, onun mövcud ola bilməsi haqqında xəstə xəbərdar edilməlidir.

Əməliyyat uğurlu olduğu halda, digər qulaqda onun icrası:

  • 30 yaşdan az olan xəstələrdə ilkin əməliyyatdan 5 il sonra;
  • 30-50 yaş hüdudlarında olan xəstələrdə - 3 il sonra;
  • 50 yaşı keçmiş xəstələrdə - 2 il sonra;
  • qarışıq tipli ağıreşitmə və qeyri aktiv otoskleroz zamanı - 6 ay və ya 1 il ötdükdən sonra icra edilə bilər.

Otoskleroz zamanı cərrahiyyə müdaxilənin icrası baş tutmadıqda cihaz vasitəsi ilə eşitmənin protezlənməsi və ya dərmanla müalicə üsulları tətbiq edilir.

  • Eşitmənin protezlənməsi surdoloji müalicə-diaqnostik mərkəzlərdə, müxtəlif növlü eşitmə cihazları vasitəsi ilə həyata keçirilir – onun effektivliyi adətən cihazın tətbiqindən 2 həftə sonra dəyərləndirilir.
Otoskleroz

“Qulaqarxası” və “qulaqdaxili” eşitmə cihazlarının görünüşü.

  • Dərmanla müalicədə məqsəd, xəstəyə  ftor  və maqnezium maddələrini təyin etməklə, sümüyün dağılma ocaqlarında kalsium maddəsinin parçalanmasına əks təsir göstərmək, və bununla da   labirint divarında patoloji halın yaranması ehtimalını aradan qaldırılmasından ibarətdir.

Bu məqsədlə xəstəyə:

  • 2 kursdan ibarət olmaqla, 10 gün müddətində, 1%-li natrium ftor və ya 5%-li maqnezium sulfat məhlulları ilə endoural elektroforez (fonoelektroforez) təyin edilir.

Otoskleroz və orta qulağın mövcud anomaliyaları

Cərrah, stapodoplastika zamanı, orta qulaqda mövcud olan bəzi anomaliyalar ilə qarşılaşa bilər ki, onlar əməliyyatın uğurlu icrasına xələl yetirə bilər:

  • üz sinirin horizontal kanalının çılpaq olması – sinir, üzəngi əsasına və ya onun aşağı qütbünə kimi yerdəyişməyə məruz qala bilər (mövcud halda sinirin zədələnmə təhlükəsi yaranmış olur);
  • mövcud embrional arteriya – arteriya, üzəngi əsasının köndələn diametri ilə kəsişmə halı kimi müşahidə edilə bilər: onun zədələnməsi, əməliyyatın sona yetirilməsinə maneçilik göstərə bilən qanaxmaya səbəb ola bilər;
  • yerini dəyişmiş annulus – sağ qulağa müvafiq oval pəncərə, üzəngi və zindan, “9 saat” göstəricisi əvəzinə “11 saat”, sol qulağın eyni adlı strukturları isə “2-3 saat” əvəzinə “12 saat”; sağ qulağa müvafiq dairəvi pəncərə, həmçinin “7-8 saat”, sol – isə “4-5 saat” göstəricilərinə uyğun olaraq yerdəyişməyə məruz qalmış olurlar;
  • embrional tipli üzəngi – anadangəlmə olaraq üzəngi, oval pəncərə oyuğunda təsbit edilmiş olur;
  • ilbiz və ya dəhliz axacağının anormal inkişafı (perilimfatik və subaraxnoidal boşluqların qeyri normal əlaqəsi) - üzəngi əsasının fenistrasiyası zamanı likvor mayesinin yüksək təzyiqlə axınına səbəb ola bilər;
  • ilbiz dəhlizi pəncərəsinin (oval pəncərənin) atreziyası və ya distopiyası (yerdəyişməsi) – əməliyyatın nəticəsini praktiki olaraq uğursuz edir;
  • üzəngi və oval pəncərənin anaplaziyası (qeyd edilən strukturlarının differensasiya edilə bilməməyi) - ilbiz əsasının fenistrasiyasına göstəriş olsa da, icra edilmiş porşenli stapedoplastika praktiki olaraq nəticə verməyir.

Stapedoplastika

Hazırda, otoskleroz zamanı, bir-çox hallarda eşitməni sosial adekvat səviyyə uyğun olaraq bərpa etmək məqsədi ilə porşenli stapedoplastika (eşitmə yaxşılaşdırıcı) əməliyyatı aparılır. Əməliyyat, onun icra texnikasından asılı olaraq, stapedotomiya – üzəngi əsasında (ayaqcıqaltı lövhədə) mikroskopik dəliyin açılması və ya stapedektomiya – üzəngi əsasının öz yerindən (oval pəncərə oyuğundan) hissəli və ya tam çıxarılması ilə nəticələnə bilən, iki üsulun tətbiqi ilə həyata keçirilə bilər. Hər iki halda, əməliyyat istər ümumi ağrısızlaşdırma (narkoz), istərsə də yerli infiltrasiyalı keyitmə üsulları ilə aparıla bilər. Operasiya bir qayda olaraq, xarici qalaq keçəcəyindən (endoural) daxil olmaqla, onun anatomik daralması zamanı isə qulaqarxası keçid vasitəsi ilə də icra edilə bilər.

     Əməliyyatın əsas mərhələlərinin alqoritmi:

  1. Heyerman üsulu ilə dəri kəsiyi (xarici qulaq keçəcəyini nisbətən genişləndirmək məqsədi ilə);
  2. Meatotimpanal səhifənin ayrılması;
  3. Annulus timpani’ nin arxa kənarının ləğvi: mövcud otosklerotik prosesin təyini (vasitəsiz səfərbərlik);Üzəngi əzələsinin yarılması;
  4. Zindan-üzəngi bağlamasının ayrılması;
  5. Çəkicin hərəkətli olmasının təyini;
  6. Üzəngi əsasının selikli qişadan azad edilməsi;
  7. Üzəngi ayaqcığının yarılması və onu tağ ilə birlikdə xaric edilməsi;
  8. Üzəngi əsasının fenestrasiyası (lövhədə mikrodəliyin açılması);
  9. Titan protezinin oval pəncərə oyuğuna yeridilməsi (ossikuloplastika);
  10. Piy toxuması hissəciklərinin oval pəncərə oyuğunda protez ətrafına düzülməsi;
  11. Meatotimpanal səhifənin öz yerinə qaytarılması və xarici qulaq keçəcəyinin incə tamponlanması. 

Əməliyyatın əsas mərhələləri

Əməliyyatın əsas mərhələləri

 

Xarici qulaq keçəcəyi divarında kəsik xəttinin görünüşü.

“12-7 saat” göstəricisinə müvafiq olaraq fibroz halqadan 4 mm öndə, sonu “annulus” sahəsində qeyb olmaqla, qulaq keçəcəyi dərisində qövsəbənzər kəsik aparılır.

Otoskleroz

Meatotimpanal səhifə mobilisə edildikdən və annulus timpani’ nin arxa kənarı rezeksiya edildikdən sonra təbil boşluğunun görünüşü.

  • Təbil zarı (meatotimpanal səhifə), çəkicin boyuncuğundan başlayaraq, xarici qulaq keçəcəyinin dibinə kimi ayrıldıqdan sonra, yuxarıya doğru qaldırılaraq orada qatlanılır. Almaz borun və ya mikroqaşığın köməyi ilə, annulus timpani’ nin arxa kənarı (təbil telini qorumaqla), üz siniri yastığının divar oyuğu (oval pəncərənin yuxarı qismində), üzəngi əzələsinin vətəri, piramida çıxıntısı və dəyirmi pəncərə görünənə kimi yonularaq ləğv edilir.
Otoskleroz

Üzəngi ayaqcıqları boyuncuğu və başcığı ilə birlikdə yerlərindən kənar edilirlər.

  • Təbil teli ehtiyatla səfərbər edilərək kənara yerləşdirildikdən sonra üzəngi boyuncuğuna mikroiynə vasitəsi ilə təsir göstərməklə (vasitəsiz səfərbərlik) otosklerotik prosesin bir daha mövcud olması təyin edilir. Boyuncuğa yaxın məsafədə üzəngi əzələsi vətəri mikroiynə və ya mikroqayçı vasitəsi ilə kəsilir, daha sonra zindan-üzəngi oynaq bağlaması yarılaraq (dairəvi bıçaq və ya mikroiynə vasitəsi ilə) oynaq birləşməsi ləğv edilir.

Üzəngi əsasının səthi selikli qişadan təmizləndikdən sonra üzənginin hər iki ayaqcığı, üzəngi əsası səviyyəsində kəsilir – ayaqcıqaltı lövhə ilə zindanın uzun çıxıntısı arasındakı məsafənin ölçüsü təyin edilir. Üzəngi ayaqcıqları, özünün boyuncuğu və başcığı ilə birlikdə (tağ) yerlərindən azad olunduqdan sonra xaric edilir.

Otoskleroz

Stapedotomiya əməliyyatının icrası.

  • Mikroperfarator (və ya lazer) vasitəsi ilə ayaqcıqaltı lövhədə (mümkün qədər onun ön yarımhissəsində) mikrodəlik açılır. Dəlik sümük qırıntılarından təmizləndikdən sonra (mikroiynə və ya dairəvi bıçaqla) piston protezi oval pəncərə oyuğuna daxil edilir, sonra isə onun qarmağı zindanın uzunsov çıxıntısı üzərində sıxılaraq bərkidilir. Bu halda stapedotomiya icra edilmiş olur.

     Oval pəncərə oyuğu ilə protezin porşeni arasında yaranmış boşluq, porşenin ətrafında, qulaq nahiyəsindəki yaradan götürülmüş bir neçə piy toxumasından ibarət olan hissəciklərinin düzülməsi ilə aradan qaldırılır.

 

Otoskleroz

Stapedektomiya əməliyyatının icrası.

  • Timpanomeatal səhifə öz yerinə qaytarıldıqdan sonra onun üzərinə antibiotik məhlulunda isladılmış bir neçə xırda pambıq tamponlar yeridillir (3-4 günlüyə). Sonda xarici qulaq keçəcəyinin sıx olmayan tamponadası edilir.  

Müəyyən səbəblər sayəsində stapedotomiya cəhdi baş tutmadıqda, və ya fenestrasiya zamanı ayaqcıqaltı lövhə yarıldıqda, bu halda stapedektomiya icra edilir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, zindan-üzəngi oynağı birləşməsi ləğv edildikdən sonra, mikroiynənin ucu ilə otosklerotik sümükdə, halqaya bənzər bağlama boyunca, qısa məsafələrlə deşmələr icra edilir(ehtiyatla). Ayaqcıqaltı lövhənin, tağ ilə birlikdə, oval pəncərə oyuğundan çıxarılması, lövhəni öz oxu ətrafında ehtiyatla bir neçə dəfə yanlara hərəkət etdirdikdən sonra mümkün olur. Bu mərhələdə əməliyyatı maneəsiz icra etmək məqsədi ilə piramida çıxıntısı küret və ya bor (almaz) vasitəsi ilə ləğv edilir. Bununla nisbətən geniş əməliyyat sahəsi yaranmış olur. İlbiz dəhlizi açılan andan etibarən protezin qoyulması və əməliyyatın sonrakı gedişi stapedotomiya zamanı olduğu kimi icra edilir.

Stapedoplastika əməliyyatlarından sonrakı müalicə-profilaktika tədbirləri

Xəstə əməliyyatdan sonrakı 2-3 gün ərzində yataq rejiminə riayət etməli – başı ilə sərt hərəkət etməməlidir. İki həftə ərzində əməliyyata məruz qalmış qulaq üstə yatmamalı, burnu sərt surətdə silmədən və asqırmadan ehtiyat etməlidir.

Üzəngi üzərində icra edilən bütün endoural müdaxilələr zamanı aparılan yerli müalicə tədbirləri xüsusi səy tələb etməyir. Belə ki, qulaq keçəcəyini tıxaclayan pambıq, yara möhtəviyatı ilə kifayət qədər islandığı halda, əməliyyatdan bir sutka sonra dəyişilə bilər. Əməliyyatdan 8-10 gün keçdikdən sonra, xarici qulaq keçəcəyinin mütəmadi olaraq işlənməsi (sanasiyası) tələb olunur: mikroalətlərin tətbiq edilməsi ilə, proseduralar 2-3 gün müddətində davam edilir. Timpano-meatal səhifə üzərindəki kəsik sahəsində nazik qabıq yaranmış olarsa o, bir qədər sonra, təqribən 3-5 həftədən sonra, spontan olaraq qopmuş olur. Labirint simptomlar davamlı olduğu halda, xəstənin yataq rejimini və başın məcburi halda saxlanılması davam edilməlidir.

Qeyd edilməlidir ki, xəstə narkozdan tam ayıldıqdan sonra eşitmə və vestibülyar sinirlər funksiyasında yaranmış reaksiya nəticəsində, müvafiq olaraq qulaqda küyün olması halı və ya öyümə, bəzən də qusma halları ilə təzahür edilən başgicəllənmə, müvazinətdə qeyri sabitlik halları müşahidə edilə bilər. Bu hallar 5-6 gün davam edilə bilər. Bir həftə müddətində iltihab əleyhinə yönəlmiş müalicə tədbirləri ilə yanaşı olaraq vena daxilinə mikroaxımla yeritməklə ümumi yaxşılaşdırıcı müalicə tədbirləri də icra edilir (Sol.Glucosi 40%-20,0 + Sol.Dimedroli 1%-1,0 + Sol. Prednisoloni hydrochloride 25mg + Sol.Acidi Ascorbinici 5%-3,0 + Cocarboxylasi hydrochloridi 0,1 mq + Sol. Euphyllini 2,4%-5,0 + Sol. Novocaini 0,5%-5,0). Növbəti həftə ərzində xarici qulaq keçəcəyi gündəlik olaraq sanasiya edilir və 2 dəfə olaraq oraya furasillinin spirtli məhlulunda isladılmış cuna piltələri yeridilir.       

Bəzən, qulağa yeridilmiş pambıq tamponları xaric etdikdə və ya qulaq keçəcəyində tamponun təzyiqini bir qədər azaltdıqda labirint simptomlarının dərhal aradan qaldırmasına və ya prosesin intensivliyinin azalmasına nail olmaq mümkündür. Müvazinətin kəskin pozulması hallarında antixolinolitik, antihistomin, sedativ dərman preparatlarının, bəzən isə, kortikosteroidlərin təyin edilməsi zəruridir.

Gündəlik olaraq, spontan nistaqmın mövcudluğu nəzarətdə olmalıdır – Veber və müvazinət testləri aparılır. Daxili qulağın zədələnmə ehtimalı müşahidə edildiyi halda, vena daxilinə, daxili qulaq reseptorlarının funksiyasını sabitləşdirə bilən dərmanların (kavinton, vinpasetin, trental, sermion və s.), “B” – qrupuna aid olan vitaminlərin və kortikosteroidlərin yeridilməsi tələb olunur.

Tamponlar çıxarıldıqdan və xarici qulaq keçəcəyi sanasiyası tamamlandıqdan sonra, təbil zarının arxasında qansızma ocaqları müşahidə edildiyi halda belə (hansılar ki, əməliyyatdan sonrakı 2-3 həftə müddətində qala bilərlər), çox ehtiyatla, hər 3-4 gündən bir olaraq, eşitmə borusunun hava ilə üfürülmə proseduru edilə bilər.

Xəstə evə yazılarkən ona bir çox tövsiyələr edilir: evə yazıldıqdan sonra, bir ay ərzində, başın yuyulması, yalnız xarici qulaq keçəcəyinin antiseptik məlhəm ilə hopdurulmuş pambıq tıxacı ilə qapandığı halda olunmalıdır. Xəstə, özbaşına olaraq, xarici qulaq keçəcəyini, hər hansı bir silinməsi üsulundan vaz keçməlidir. Telefon danışıqlarını, əməliyyata məruz qalmış qulaqla 1-2 ay müddətində etməməlidir. Yüksək səslərin təsirindən qorunmaqla yanaşı, musiqini qulaqlıq vasitəsi ilə dinləməkdən imtina etməlidir. Səsli-küylü müəssisələrin işçiləri daimi olaraq səs qoruyucu avadanlıqlardan istifadə etməlidirlər. Bəzi xəstələr, peşəsinə xələl yetirilə biləcək baxımdan, bu haqda əməliyyatdan öncə maariflənməlidirlər. Tennislə, üzgüçülüklə və bu kimi idman növləri ilə əməliyyatdan 3-4 ay sonra məşğul olmaq tövsiyə edilir (yaranın tam sağaldığı və vestibülyar funksiya sabit olduğu təqdirdə). Təyyarə ilə uçuşa, əməliyyatdan yalnız 1,5-2 ay sonra başlamaq məsləhətdir (eşitmə borusu funksiyasının normal olduğu təqdirdə).

Subyektiv olaraq eşitməyin yaxşılaşması xarici qulaq keçəcəyinin təmizlənməsindən sonra tədriclə olaraq baş verir və əhəmiyyətli dərəcədə özünü əməliyyatdan sonrakı 3 ay müddəti ərzində bildirir. Eşitmənin müayinəsi əməliyyatdan 3, 6 və 12 ay ötdükdən sonra aparıla bilər. Yalnız bu müddət ərzində eşitmə tam sabitləşdirilmiş olur.

Stapedoplastikadan sonrakı dövrdə, otosklerotik prosesin davam edə biləcək ehtimalını nəzərə alsaq, xəstələr, sonrakı dövrlərdə də mütəmadi olaraq mütəxəssis kontrolunda olmalıdırlar. Bu baxımdan, ildə bir dəfə olmaqla hər iki qulağın mikrootoskopiyası və audiometriyası kifayətdir. Eyni zamanda otosklerotik prosesin aktivləşməsini əks etdirən - Şvars ləkəsi, küyün çoxalması, daxili qulaq funksiyasının əskilməsi kimi əlamətlərin yaranmasına xüsusi diqqət yetirilməlidir.

Xəstəliyin profilaktikası 

     Otoskleroz zamanı profilaktik tədbirlər ilk növbədə xəstəliyin dərinləşməsinə qarşı yönəlmiş olur:

  • sakit həyat tərzi (səsli-küylü mühitdən kənar olmaq);
  • vitamin D tərkibli qida qəbuluna məhdudiyyət qoyulması;
  • mülayim iqlim (dəniz mühitindən və günəş şüalanmasından çəkinmək) rejimi;
  • hamiləliyin dayandırılması.

Eşitmənin kəskin azalması sayəsində, həmsöhbətin nitqini qavramadıqda və ya pis eşidildikdə, xəstəyə səsi ucaltmaq məqsədi ilə eşitmə cihazı təyin edilə bilər.

Qulaq xəstəlikləri-müasir müalicə üsulları

Qulaq xəstəlikləri sırasında bəzi xroniki xəstəliklər (otoskleroz, təbil zarının perforasiyası, xroniki orta otitlər və s.) mövcuddur ki, onların müalicəsində aparılan konservativ üsullar səmərəsiz sayılır. Zaman keçdikcə xəstələrdə ağıreşitmə, baş gicəllənmə kimi və ya həyat üçün təhlükə törədə bilən fəsadların yaranması baş verir. Müasir mikro-oto-cərrahiyyə texnikasının tətbiqi nəinki xəstəliyin tam olaraq aradan qaldırılmasını, eyni zamanda xəstələrdə eşitmənin sosial adekvat dərəcədə bərpasını təmin edir.

Rzayev R.M. Otoskleroz (ağıreşitmə problemi).


 

 
Video-klipin yayılmasında məqsəd, otoskleroz haqqında mövcud məlumatları və şəxsi müşahidələrindən birini ilk növbədə həkim-otolarinqoloqların, surdoloqların və audioloqların nəzərinə çatdırmaq, eyni zamanda praktiki təcrübədə rast gələ bilən bəzi çətinliklərin və səhvlərin qarşısını almaqda onlara yardım etməkdən ibarətdir.

 
Выполнение традиционной стапедопластики в определенных ситуациях, в частности, при анатомической вариабельности формы, строения и размеров наружного слухового прохода, наличие атипичного хода лицевого нерва, значительном нависании её над окном преддверия, выпячивании лицевого нерва в нишу окна преддверия вследствие дефекта костной стенки фаллопиева канала, может быть технически трудновыполнимой. Вместе с тем для обеспечения улучшение обзора заднего тимпанального отдела, всегда требуется удаление костного навеса над стременем, пирамидальным отростком, каналом лицевого нерва и длинной ножки наковальни. Чрезмерное удаление костного навеса при этом нередко может привести к травматическому вывиху наковальни. Если в первом случае требуется реоперация, зачастую отличающейся сравнительно большей сложностью и травматичностью, то при повреждении барабанной струны, в большинстве случаев (от 20 до 60%), возникает нарушение вкуса (на передних двух третях языка) или выпадением функции слюноотделения. Следовательно, сохранение целостности барабанной струны имеет существенное значение особенно при проведении двусторонней стапедопластики, ибо двустороннее её повреждение может привести к временному, либо постоянному выпадению функции барабанной струны. В последнем случае в результате нарушения функции слюноотделения может возникнуть ксеростомия (повышение сухости слизистой оболочки полости рта) или осязательная дисгевзия проявляющейся ощущением как устойчивого металлического или кислого вкуса, так и чувства жжения во рту. Исходя из возможности обеспечения малоинвазивного хирургического вмешательства, эндоскопическая стапедопластика стала методом выбора, которая позволяет предотвратить возможного повреждения структур среднего уха, в частности, барабанной струны и лицевого нерва, нередко имеющее место при выполнении традиционной стапедопластики

 

 

Дополнительные подразделы:

Stapedoplastika – fəsadların təsnifatı
Otoskleroz - şəxsi tədqiqatların nəticəsi

Количество просмотров: Счетчик посещений Counter.CO.KZ - бесплатный счетчик на любой вкус!
Ограниченный рак гортани (I-II стадии)При ограниченном раке гортани (I-II стадий) одним из основных методов лечения больных продолжает оставаться лучевая терапия и/или хирургическое вмешательство (различные резекции...
Открыть раздел Ограниченный рак гортани (I-II стадии)
Рак гортани III-IV стадииНесмотря на применение всех мероприятий, касающихся вопросов онкологической настороженности, у значительной части больных раком гортани (более 70%), поступающих для лечения,...
Открыть раздел Рак гортани III-IV стадии
Ювенильная ангиофиброма носоглотки Согласно Международной гистологической классификации новообразований[8], ювенильная ангиофиброма носоглотки (ЮАН) относится к группе мезенхимальных опухолей и имеет доброкачественную...
Открыть раздел Ювенильная ангиофиброма носоглотки
Опухоли глоточного отростка околоушной слюнной железыОпухоли глоточного отростка околоушной слюнной железы (ОСЖ) встречаются относительно редко: составляют менее чем 20% всех опухолей ОСЖ и - 0,5% всех опухолей головы и шеи....
Открыть раздел Опухоли глоточного отростка околоушной слюнной железы
РинопластикаПланирование ринопластики основано на анализе внешности и психологического статуса пациента и предполагает следующие шаги: 1. Определение целей пациента:...
Открыть раздел Ринопластика
Расщелина нёбаВрожденные расщелины нёба сопровождаются тяжелым расстройством глотания, внешнего дыхания и речи....
Открыть раздел Расщелина нёба
Хоанальный (конхохоанальный) полип Хоанальные полипы (ХП), несмотря на некоторые сходства с полипозными риносинуситами, относительно клинического проявления заболевания и морфологической структуры образования, они, в...
Открыть раздел Хоанальный (конхохоанальный) полип