"Оториноларингология-хирургия головы и шеи" Азербайджанская Центральная Дорожная больница, Баку - [Наш адрес: AZ1117, Баку, 5025 квартал; телефон: (+994 12) 406 95 83]
ГлавнаяО клиникеДиагностика и методы леченияКоллегиФотогалереяВидеоНовостиКонтакты
Цитата

Otoskleroz - şəxsi tədqiqatların nəticəsi

 
Otoskleroz - şəxsi tədqiqatların nəticəsi

1990-2011 illər ərzində klinikamızda otoskleroz diaqnozu ilə 35 xəstə (28 qadın, 7 kiçi) müalicədə olmuşdur (19-61 yaş arasında). Onlardan 21 nəfərdə timpanal, 9 – qarışıq, 5 – isə neyrosensor komponent üstünlük kəsb etməklə koxlear növ otoskleroz aşkar edilmişdir. Ön iki halda – 30 nəfərdə, stapedoplastika icra edilmişdir (18 nəf. – stapedektomiya; 12 nəf. – stapedotomiya), sonuncu halda isə (5 nəf.) simptomatik müalicə aparılmışdır.

Əməliyyata məruz qalmış bütün xəstələrdə, xüsusilə, timpanal növ otosklerozu olanlarda, yaxşı funksional nəticələr əldə edilmişdir. Belə ki, əməliyyata qədər istər pıçıltı nitqini qulaq seyvanı səviyyəsində eşidən əksər xəstələrdə, istərsə də onu 1-1,5m məsafədə eşidən digər xəstələrdə, evə yazılan zaman pıçıltı nitqinin eşidilməsi 4-5m, danışıq nitqi – isə > 6 m məsafədə olmuşdur.

Saf səs audiometriyası nəticəsinə əsasən xəstələrin böyük əksəriyyətində (22 nəf.) əla – (danışıq diapazonu tezliyində sümük-hava keçiricilik intervalı, 10 dB kimi qısalmışdır), az bir qismində isə yaxşı (və ya kafi) (interval 15-20 dB qısalmışdır) nəticələr əldə edilmişdir (şək. 1a). Əməliyyatdan sonrakı uzaq dövrdə (6-12 ay sonra) xəstələrin böyük əksəriyyətində eşitmədə yeni dəyişikliklər olmamış, eşitməsi kafi olan bir nəfərdə isə yaxşılaşma müşahidə edilmişdir (şək. 1b).

Otoskleroz - şəxsi tədqiqatların nəticəsi

Şəkil 1. Stapedoplastikadan sonrakı dövrlərdə əməliyyatın funksional nəticələri: (a) 12-14 gün evə yazıldıqdan sonra; (b) əməliyyatdan 6-12 ay sonra.

Koxlear növ otosklerozu olan xəstələrdə (5 nəf.) il ərzində geniş spektrdən ibarət olan simptomatik müalicənin aparılmasına baxmayaraq (2 kurs), onlarda eşitmənin yaxşılaşması müşahidə edilməmişdir. Müalicəyə qədər xəstələr pıçıltı nitqini praktiki olaraq qavramağa qadir olmamış, danışıq nitqini isə 1m məsafədən eşitmişlər. Sümük keçiriciliyi vasitəsi ilə eşitmə hüdudu “eşitmə qalıqları” şəklində olaraq, eşitmə hüdudu əyriliyi “uçurumlu və ya sıldırımlı” xassəyə malik olmuşdur. Sümük-hava keçiriciliyi intervalı bu hallarda 20-25 dB olmuşdur. Xəstələrə cihaz vasitəsi ilə eşitmənin protezlənməsi məsləhət görülmüşdür.

Xəstələrin əməliyyatdan sonrakı dövründə, əməliyyatla bağlı, hər hansı bir fəsad qeydə alınmamışdır.

     Nümunə üçün xəstəlik tarixindən çıxarış təqdim edilir.

Xəstə, 55 yaşlı Mirzəyeva Q., qəbul olarkən (05.02.2007) şikayəti ikitərəfli ağıreşitmədən, qulaqlarda daimi küyün olmasından ibarət olmuşdur.

Ağıreşitməni son 5-6 il ərzində müşahidə etməyə başlamışdır. Xəstə, əvvəllər buna əhəmiyyət verməmiş, lakin ağıreşitmənin son zamanlar daha da çoxalması ilə əlaqədar olaraq bizə müraciət etmiş və ona – sağ qulaqda ifadə olunmuş ikitərəfli qarışıq tipli otoskleroz, subyektiv qulaq küyü diaqnozu qoyulmuşdur.


Otoskleroz - şəxsi tədqiqatların nəticəsi

Şəkil 2. Xəstə M. (qarışıq növ otoskleroz): əməliyyata qədər qeyd edilən sümük-hava keçiriciliyi intervalı (a) əməliyyatdan sonra praktiki olaraq ləğv edilmişdir (b).

Şəkil 2. Xəstə M. (qarışıq növ otoskleroz): əməliyyata qədər qeyd edilən sümük-hava keçiriciliyi intervalı (a) əməliyyatdan sonra praktiki olaraq ləğv edilmişdir (b).

Xəstədə sağtərəfli stapedektomiya əməliyyatı icra edildikdən (12.02.2007) sonrakı dövrdə sağ qulaqla eşitmə yaxşılaşmış və qulaq küyü bütövlükdə ləğv edilmişdir. Audiometriyanın nəticəsinə əsasən:

sümük-hava keçiriciliyi intervalı praktiki olaraq aradan qaldırılmış – sümük keçiriciliyi bütün diapazonlarda mövcud hava keçiriciliyi səviyyəsinə uyğun olaraq 49 dB-dən (şək. 2a) 36 dB kimi yüksəlmişdir   (sək. 2b);

sağ qulaqla eşitmə, sosial adekvat səviyyə hüdudlarına kimi bərpa edilmişdir.

 

Şəkil 3. Xəstə Y. (timpanal növ otoskleroz): əməliyyata qədər qeyd edilən sümük-hava keçiriciliyi intervalı (a) əməliyyatdan sonra praktiki olaraq ləğv edilmişdir (b).

Şəkil 3. Xəstə Y. (timpanal növ otoskleroz): əməliyyata qədər qeyd edilən sümük-hava keçiriciliyi intervalı (a) əməliyyatdan sonra praktiki olaraq ləğv edilmişdir (b).

Xəstədə soltərəfli stapedoplastika əməliyyatı icra edildikdən (19.10.2011) sonrakı dövrdə sol qulaqla eşitmə yaxşılaşmış və qulaq küyü bütövlükdə ləğv edilmişdir. Audiometriyanın nəticəsinə əsasən:

sümük-hava keçiriciliyi intervalı praktiki olaraq aradan qaldırılmış – sümük keçiriciliyi bütün diapazonlarda mövcud hava keçiriciliyi səviyyəsinə uyğun olaraq 30 dB-dən (şək. 3a) 7 dB kimi yüksəlmişdir (sək. 3b);

                                                   sol qulaqla eşitmə, sosial adekvat səviyyə hüdudlarına kimi bərpa edilmişdir.

Şəkil 4. Xəstə Q. (timpanal növ otoskleroz): əməliyyata qədər qeyd edilən sümük-hava keçiriciliyi intervalı (a) əməliyyatdan sonra praktiki olaraq ləğv edilmişdir (b).

Şəkil 4. Xəstə Q. (timpanal növ otoskleroz): əməliyyata qədər qeyd edilən sümük-hava keçiriciliyi intervalı (a) əməliyyatdan sonra praktiki olaraq ləğv edilmişdir (b).

Xəstədə soltərəfli stapedoplastika əməliyyatı icra edildikdən (19.07.2012) sonrakı dövrdə sol qulaqla eşitmə yaxşılaşmış və qulaq küyü bütövlükdə ləğv edilmişdir. Audiometriyanın nəticəsinə əsasən:

sümük-hava keçiriciliyi intervalı praktiki olaraq aradan qaldırılmış – sümük keçiriciliyi bütün diapazonlarda mövcud hava keçiriciliyi səviyyəsinə uyğun olaraq 20 dB-dən (şək. 3a) 12 dB kimi yüksəlmişdir (sək. 4b);

sol qulaqla eşitmə, sosial adekvat səviyyə hüdudlarına kimi bərpa edilmişdir.


 

Otoskleroz – etioloqiyası tam öyrənilməmiş, insanlarda ağıreşitməyə səbəb olan qulaq xəstəliklərdən biridir. Ağıreşitməəsas etibarı ilə eşitmə-daşıyıcı aparatın pozulması tipində baş vermiş olur ki (üzənginin hərəkət məhdudiyyəti səbəbindən), nəticədə daxili qulaq kifayət qədər elektrik impulsu transformasiya etmə funksiyasından məhrum olmuş olur.

Epidemioloji baxımdan, xəstəliyə daha çox Qafqaz milliyyətinə mənsub olan insanlar məruz qalır (10%). Xəstəlik qadınlarda kişilərə nisbətən (2:1) daha çox təsadüf edilir. Klinik olaraq xəstəlik yeniyetmə dövründə müşahidə edilsə də o, ən çox özünü, gənc yaş dövründə büruzə verir.

Stapedoplastika – xəstələrin böyük əksəriyyətində (xəstəliyin timpanal və qarışıq növlərində) eşitməni sosial adekvat səviyyəyə hüdudlarına kimi yaxşılaşdırmasına qadir olan perspektiv cərrahi müdaxilədir. Dərin neyrosensor komponentlə müşahidə edilən koxlear növ otoskleroz zamanı və ya xəstə əməliyyatdan imtina etdikdə, eşitmə cihaz vasitəsi ilə protezlətdirilə bilər.


 
Videoklipdə müəllifin icra etdiyi stapedoplastika əməliyyatının əsas mərhələləri işıqlandırılmışdır. Əyani vəsait kimi videoklipdən ilk növbədə həkim-otolarinqoloqlar, xüsusilə oto-cərrahlar faydalana bilərlər.

 


 
Despite hopelessness of stapedoplasty in the patient with "fenestral otosclerosis", the purpose of carrying out operation in this case was the attempt of facilitate tinnitus and to provide improvements of hearing by means of the hearing aid.

Соседние подразделы:
Stapedoplastika – fəsadların təsnifatı

Количество просмотров: Счетчик посещений Counter.CO.KZ - бесплатный счетчик на любой вкус!
Ограниченный рак гортани (I-II стадии)При ограниченном раке гортани (I-II стадий) одним из основных методов лечения больных продолжает оставаться лучевая терапия и/или хирургическое вмешательство (различные резекции...
Открыть раздел Ограниченный рак гортани (I-II стадии)
Рак гортани III-IV стадииНесмотря на применение всех мероприятий, касающихся вопросов онкологической настороженности, у значительной части больных раком гортани (более 70%), поступающих для лечения,...
Открыть раздел Рак гортани III-IV стадии
Ювенильная ангиофиброма носоглотки Согласно Международной гистологической классификации новообразований[8], ювенильная ангиофиброма носоглотки (ЮАН) относится к группе мезенхимальных опухолей и имеет доброкачественную...
Открыть раздел Ювенильная ангиофиброма носоглотки
Опухоли глоточного отростка околоушной слюнной железыОпухоли глоточного отростка околоушной слюнной железы (ОСЖ) встречаются относительно редко: составляют менее чем 20% всех опухолей ОСЖ и - 0,5% всех опухолей головы и шеи....
Открыть раздел Опухоли глоточного отростка околоушной слюнной железы
РинопластикаПланирование ринопластики основано на анализе внешности и психологического статуса пациента и предполагает следующие шаги: 1. Определение целей пациента:...
Открыть раздел Ринопластика
Расщелина нёбаВрожденные расщелины нёба сопровождаются тяжелым расстройством глотания, внешнего дыхания и речи....
Открыть раздел Расщелина нёба
Хоанальный (конхохоанальный) полип Хоанальные полипы (ХП), несмотря на некоторые сходства с полипозными риносинуситами, относительно клинического проявления заболевания и морфологической структуры образования, они, в...
Открыть раздел Хоанальный (конхохоанальный) полип