Otoskleroz – etioloqiyası tam öyrənilməmiş, insanlarda ağıreşitməyə səbəb olan qulaq xəstəliklərdən biridir. Ağıreşitməəsas etibarı ilə eşitmə-daşıyıcı aparatın pozulması tipində baş vermiş olur ki (üzənginin hərəkət məhdudiyyəti səbəbindən), nəticədə daxili qulaq kifayət qədər elektrik impulsu transformasiya etmə funksiyasından məhrum olmuş olur.
Epidemioloji baxımdan, xəstəliyə daha çox Qafqaz milliyyətinə mənsub olan insanlar məruz qalır (10%). Xəstəlik qadınlarda kişilərə nisbətən (2:1) daha çox təsadüf edilir. Klinik olaraq xəstəlik yeniyetmə dövründə müşahidə edilsə də o, ən çox özünü, gənc yaş dövründə büruzə verir.
Stapedoplastika – xəstələrin böyük əksəriyyətində (xəstəliyin timpanal və qarışıq növlərində) eşitməni sosial adekvat səviyyəyə hüdudlarına kimi yaxşılaşdırmasına qadir olan perspektiv cərrahi müdaxilədir. Dərin neyrosensor komponentlə müşahidə edilən koxlear növ otoskleroz zamanı və ya xəstə əməliyyatdan imtina etdikdə, eşitmə cihaz vasitəsi ilə protezlətdirilə bilər.